(012) Göstər
(050) Göstər
Sorğu göndər

POLŞADA TİBBİ TƏHSİL

Xaricdə tibbi təhsil alma: göstərilən istiqamət məşhur olduğundan yetərincə  mürəkkəbdir.

Abituriyentlərin sayının çox olduğunu nəzərə alaraq onlara qarşı tələblər əksər hallarda daha yüksəkdir, bundan başqa tibbi müəssisələrdə başqa ixtisaslarla müqayisədə təhsil haqqı bir neçə dəfə yüksəkdir.

Əgər Siz hələ də xaricdə tibbi təhsil almaq istəyirsinizsə, yəqin ki, bunun üçün ən yaxşı variant Polşa tibb universitetlərdir. Bu ölkədə tibbi  ali məktəblərə qəbul olunmaq və təhsil almaq daha asandır.

Polşada cəmi 12 ali tibbi müəssisə var. Ən prestijliləri və məşhurları bunlardır: Vrotslav, Lodzin, Gdansk, Poznan, Lüblin universitetləri və Yagellon universiteti nəzdində Collegium Medicum.

Polşada tibbi universitetlərinin məşhurluğunun əsas səbəbi aşağı qiymətin olması, lakin avrostandartlara tamamilə uyğun yüksək təhsil keyfiyyətidir. Polşa tibbi ali məktəbinin diplomu bütün Avropa birliyində və əksər dünya ölkələrində (Kanada, ABŞ, Avstraliya) tanınır.

Xaricilər üçün Polşada tibbi universitetlərə qəbulun iki variantı var. Birincisi, daha mürəkkəb, ölkə vətəndaşları ilə eyni hüquqda Polyak Kartı əsasındadır. Belə tələbələr üçün Polşada tibbi təhsil ödənişsizdir, həm də təqaüd nəzərdə tutulur.

Lakin qəbul üçün iki təbii elmdən (biologiya, kimya və ya fizika) polyak dilində imtahan vermək lazımdır. Həmçinin çox vaxtlar, bəzi ixtisaslara qəbul olunmaq üçün (məsələn, stomatoloji texnologiya, loqopediya) əlavə imtahanların verilməsi də tələb olunur.

İkinci variant, daha asan, ödənişli təhsildir. Bu halda imtahan verilmir, abituriyent müsahibə və attestat qiymətlərinə görə qəbul olunur. Əgər sizin məqsədiniz  praktiki olaraq bütün polyak tibbi ali məktəblərində olan ingilis dilində Polşada tibbi təhsil almaqdırsa, o zaman yaxşı səviyyədə  ingilis dili biliyinizi təsdiq etməyə hazır olun.

Hansı universiteti seçirsinizsə seçin, hər yerdə qəbul olunandan əvvəl hepatit B-ya qarşı peyvənd haqqında arayış tələb olunacaq. Həmcinin qeyd etmək lazımdır ki, əgər siz dietologiya, fizioterapiya, tibb bacılığı, mamalıq və ya tibbi yardım seçmisinizsə, sizə tibbi ali məktəbə qəbul olunmaq vacib deyil. Bu istiqamətlərdə diplomu qeyri- tibbi polyak ali təhsil, dövlət və ya özəl məktəblərində almaq olar.

Beləliklə, Polşada tibbi təhsil almaq üçün sizin qəbul olunmağınızın nəticəsindən asılı olan bir çox incəlikləri bilmək lazımdır. OsvitaPol təhsil Proqramı polyak təhsilinin bütün incəliklərinin aydınlaşdırılmasına, sənədlərin hazırlamasına, ali məktəbə qəbul olunmağa, yeni mühitə adaptasiyaya kömək etməyə borcludur. Proqram qəbul olunma, təhsillə və yaşayışla bağlı bütün məsələlərinin həllini öz üzərinə götürəcək.

Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!