(012) Göstər
(050) Göstər
Sorğu göndər

GÖSTƏRİLƏN  XİDMƏTLƏR:

 

TƏHSİL YERİNƏ GETMƏDƏN ƏVVƏL

Daxil olma və tədris prosesi, ödənişlərin ardıcıllığı və yaşayış yeri üzrə məsləhətlər.

PEŞƏKAR ANALİZ / ALİ MƏKTƏBİN və  İXTİSAS SEÇİMİ ZAMANI MƏSLƏHƏTLƏR

  • Abituriyentin peşə istiqamətinin analizi, abituriyentin fərdi arzusuna  və maliyyə imkanlarına uyğun olaraq  təhsil müəssisəsinin və istiqamətinin seçimi.
  • Polşa Təhsil Nazirliyi və seçilmiş ali məktəbin  tələbləri ilə nəzərdə tutulmuş bütün lazımi sənədlərin tərtib edilməsi.
  • Seçilmiş ali məktəbə abituriyentin daxil olması ilə  bağlı bütün rəsmiyyətlərin həlli.
  • Xarici pasportun, tələbə vizasının və hərbi xidmətdən möhlət hüququnun alınması üçün Polşa ali məktəbinə daxil olma haqqında rəsmi sənədin tələbəyə verilməsi.
  • Viza məsələsinin həllində dəstək. Sənədlər paketinin tərtib olunması, onun doldurulması.
  • Yaşayış yeri ilə təmin olunma (yataqxana, mənzilin icarəsi).
  • Polşaya təhsil almaq üçün getmə zamanı təşkilatı işlər və müşayiət.

POLŞAYA GƏLƏNDƏN SONRA

  • Tələbələrin yerləşdirilməsinin koordinasiyası
  • "OsvitaPOL-assistent" tələbə kartının verilməsi
  • Polşa  mobil rabitə operatorunun start paketinin tələbəyə verilməsi.
  • Lazımi informasiya paketinin verilməsi: əhəmiyyətli telefonlar, ünvanlar, şəhər xəritəsi, ali məktəbə, "OsvitaPol" ofisinə, yataqxanaya və s. yerlərə gediş marşrutları.
  • Valyuta mübadiləsi məntəqəsinə səfər.
  • Məişət və ərzaq mallarının  alınma məqsədi ilə ticarət mərkəzinə səfər.
  • Əsas məsələlər və təhlükəsizlik qaydalarının müzakirəsi, Polşada Proqramın koordinatorları ilə tanışlıq məqsədi ilə tələbələrlə "OsvitaPol" rəhbərliyinin görüşünün keçirilməsi .
  • Ali məktəbə, "OsvitaPol" ofisinə və yataqxanaya gediş marşrutları ilə tanışlıq .
  • Şəhər nəqliyyatı istifadəsinin qaydaları ilə tanışlıq.
  • Ali məktəblə tanışlıq: dekanatlıqla tanışlıq, auditoriyalar, ixtisaslaşdırılmış zallar, laboratoriyalar, idman seksiyaları, mühasibat, kafe və s. yerlərə səfər, qrupun təyini, tələbə biletinin və dərs cədvəllərinin alınması.
  • Şəhər nəqliyyatının bütün növlərində gediş biletinin əldə edilməsi.
  • Bank hesabının (arzulanan hallda) açılışı.

TƏLƏBƏLƏRİN ÜZƏRİNDƏ HİMAYƏ - "Assistent" paketi

  • Polşada "OsvitaPol" Proqramının təcrübəli koordinatorları tərəfindən məlumat və praktiki dəstək.
  • Tələbələrin keyfiyyətli xidməti üçün Polşada koordinasiya mərkəzlərinin (ofislər) işi.
  • Təcili hallar zamanı günün 24 saatı ərzində əlaqə.
  • Tədris prosesində yarana bilən cari məsələlərin həlli üçün ali məktəbdə tələbənin maraqlarının təqdim edilməsi.
  • "OsvitaPol" yataqxanalarında koordinatorların növbəsi.
  • Tibbi himayə – ehtiyac olduğu halda "OsvitaPol" tələbənin  həkimə  və ya həkimin  tələbəyə səfərini təşkil edir.
  • Hüquqi məsləhət – Polşada yaşama, işə düzəlmə, firmanın açılışı, mənzilin icarəsi, yaşamaq üçün sənədin alınması.
  • Polşada yaşama və təhsil haqqında bütün məsələlər üzrə tələbənin valideynlərinin informasiya-məsləhət dəstəyi.
  • Polşada təhsil alan uşaqlara baş çəkməyi arzu edən valideynlər üçün viza məsələlərinin və yaşayış yerinin  həllində dəstək.

ƏLAVƏ OLARAQ:

"Studentonline” xüsusi internet-resursunun köməyi ilə iş axtarışında dəstək.

POLŞA SƏHİYYƏ SİSİTEMİNDƏ  QEYDİYYAT

  • OsvitaPol  Polşa Milli Səhiyyə Sistemində tələbənin istəyi ilə onun qeydiyyatını keçirir, bu da tələbələr üçün Polşanın bütün ərazisində tibbi xidməti Polşa vətəndaşları kimi eyni hüquqlar əsasında məhdudsuz və əlçatan edir.
  • Polşa universitetini bitirdikdən sonra ABŞ-da təhsili davam etməyi arzu edən Proqramın iştirakçılarına "OsvitaPol" Çikaqo şəhərində NortheasternIllinois Universitetinə daxil olma və təhsil yerinə gəlmə üzrə kompleks xidmətləri PULSUZ göstərəcək.

* Xidmət dəyərinə  xarici pasportun hazırlanması, viza yığımları və sığorta daxil deyil.

NİYƏ  MƏHZ  POLŞADA  OXUMAĞA  DƏYƏR

Tələbələr məhz bir sıra üstünlüyə görə bu ölkəni seçirlər:

  • Polşada təhsil büdcəyə zərər gətirmir, onun dəyəri tamamilə əlverişlidir  və əsaslandırılmışdır;
  • Polşa ali məktəblərinin diplomları bütün Avropa Birliyində, həmçinin dünyanın başqa inkişaf etmiş ölkələrində tanınılır;
  • Təhsilin yüksək keyfiyyəti, təcrübəli pedaqoqlar, alınmış biliklərin praktiki cəhətdən möhkəmləndirilməsi;
  • Polşada orta təhsil xarici mentalitetə tez öyrəşməyə və nəticədə ali məktəbə problemsiz daxil olmağa imkan verir;
  • Bir çox Polşa təhsil müəssisələrində  əcnəbilərə uyğunlaşmağa kömək edən mərkəzlər mövcuddur;
  • Xaricdə təhsil  zamanı  Siz dünyanın istənilən ölkəsindən maraqlı insanlarla faydalı əlaqələr yaradacaqsınız;
  • Polşada evin icarəs və qida məhsullarının qiymətləri çox münasibdir.
  • Bu ölkədə diplomu aldıqdan sonra  məzun həm doğma Azərbaycan, həm də Avropa Birliyi ölkələrində  işə düzəlmə üçün yüksək şanslar və imkanlar əldə edir.

Əgər Siz Polşada ali məktəbi bitirmək və ya orta təhsil  almaq istəyirsinizsə, bizim xidmətlərimizin siyahısı ilə tanış olun. Biz Sizə daxil olma vaxtı yaranan məsələlərdə tam dəstəyi və köməyi göstərməyə hazırıq. "OsvitaPol" mütəxəssis məsləhəti verir, bu da aşağıdakı hallarda  sizə kömək edə bilər:

  • Xaricdə təhsil üçün istiqaməti və bilavasitə təhsil müəssisəsini seçmək;
  • Əcnəbilər üçün lazım olan sənədləri tərtib etmək;
  • Əlverişli qiymətlərlə Polyak dilinin öyrənilməsi üzrə dil kursları keçmək;

Biz Sizə viza mərkəzinə yazılmağa kömək edəcəyik və lazımi hüquqi köməyi göstərəcəyik. "OsvitaPol" üçün  öhdəsindən gələ bilməyəcəyi problemlər mövcud deyil. Buna yalnız  Polşada bizim sayəmizdə təhsil alma münkünlüyünə malik olan tələbələrin mötəbər bazası,  ölkənin təhsil müəssisələrinin arasında nüfuzu və artıq bu sahədə 13 il iş deyil, həm də bizim müştərilərimizin rəyləri şahidlik edir.

Bizim ölkələrimizin yaxşı münasibətləri sayəsində, azərbaycanlılar üçün Polşada təhsil tamamilə əlçatan, əlverişli və perspektivlidir.  "OsvitaPol" proqramı ilə birlikdə, bu həmçinin çox sadədir! Biz  bu sahədə birinciyik və liderliyi saxlamağa davam edirik. Polşada alınmış təhsil  Sizə daim yeni üfüqləri açmağa və  perspektivli gələcəyə addım atmağa  kömək edəcək.

Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!