Lodz Universiteti 1945-ci ildə yaranmışdır. O, Polşanın aparıcı universitetlərindən biridir. Lodz Universitetin tələbələri 70-dən çox müxtəlif ölkənin vətəndaşıdır. Bu gün Universitetdə 45 000 tələbə təhsil alır. Universitet xüsusilə idarəetmə, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat kimi sahələrdə fərqlənir.
Birbaşa mobillik Proqramı (Direct Mobility Proqram) Lodz Universitetinin bakalavr və magistr pilləsinin xarici tələbələrinə ünvanlanmış layihəsidir. Proqram çərçivəsində tələbə Universitetdə bir semestr ödənişsiz təhsil ala bilər (ingilis, rus və polyak dillərində).
Rus dilli tələbələrə Lodz Universiteti politologiyada “Siyasət İdarəçiliyi” ixtisaslaşması üzrə magistr dərəcəsinin tamamilə rus dilində almasını təklif edir (əyani şöbədə).
- Biologiya və Ətraf mühitin mühafizəsi
- Filologiya
- Fizika
- Kimya
- Riyaziyyat və İnformatika
- Hüquq və İdarəetmə
Lodz texniki universiteti 1945 ildə yaranmışdır (3 fakültə - mexanika, elektromexanika və kimya). Şəhərin inkişafı, yeni fabriklərin yaranması ilə fakültələrin sayı 3-dən 9-dək artmışdır. Bu gün universitetin tərkibində 9 fakültə, 70 kafedra və 120 ixtisas var. 1992-ci ildə ingilis və rus dilli beynəlxalq mühəndislik fakültəsi açılmışdır. Lodz Texniki Universitetində aşağıdaki elmi dərəcələr almaq mümkündür: humanitar elmlər bakalavrı, elmlər bakalavrı, elmlər magistrı və elmlər namizədi. 20 minə yaxın tələbə Universitetdə təhsil alır. 2002-ci ildə böyük kompyuterləşdirilmiş kitabxana açılmışdır. Universitetin sahəsində 9 yataqxana, yeməkxana, kinoteatr, “Jak” tələbə radiosu, 2 bank filialı, səyahətlər bürosu və s. vardır. Şübhəsiz ki, hər bir tələbə özünün inkişafı,təhsili və istirahəti üçün bütün lazımi şəraiti tapa bilər.
- Mexanika
- Tikinti, Memarlıq və Ətraf Mühitin Mühəndisliyi
- Elektrik Mühəndisliyi, Elektronika, Kompüter Elmləri və Avtomatlaşdırma
- Kimya
- Materialların Texnologiyası və Tekstil Dizaynı
Lodz Tibb Universiteti Polşanın ən böyük dövlət tibb universitetidir.
Bu elmi-pedaqoji müəssisədə peşəkarlığı zamanın tələblərinə cavab verən müasir professional tibb işçilərinin fasiləsiz hazırlıq prosesi davam edir.
Tədris prosesi səhiyyənin müxtəlif sahələrində özlərini doğruldan ixtisasçılar hazırlığına yönəldilib.
Tədris metodikası Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Polşa höküməti tərəfindən təstiqlənmiş tələblərə uyğunlaşdırılıb. 2004- cü il mayın 1-dən Polşanın Avropa İttifaqına daxil olduğundan Universitetin diplomu bütün Avropa İttifaqı ölkələrində tanınır.
8000-dən artıq tələbə müxtəlif tibbi və tibb elmi ilə bağlı istiqamətlərdə təhsil alır.
- Mualicə İşi
- Diş Həkimi (Magistr dərəcəsi - 5 il)
- Əczaçılıq (Magistraturaya bölünmədən - 5,5 il)
- Biotexnologiya
- Diş texnikliyi
- Fizioterapiya
- Memarlıq və Şəhərsalma
- Daxili Dizayn
- Kino və televiziyanın həyata keçirilməsi (bölünməz magistratura, təhsil müddəti 5 ildir)
- Dizayn
Lodz şəhərində Humanitar və İqtisadiyyat Akademiyası 1993-cü ildə yaradılmış müasir texnologiyalar ali təhsil müəssisəsidir. Tələbələrə istiqamətlər və ixtisasların geniş seçimini təklif edən Polşada ən böyük qeyri- dövlət ali təhsil məktəbidir. Tələbələrin təhsili iş bazarında tələb olunan onlarla ixtisaslaşma təklifi çərçivəsində 11 fakültədə aparılır.
Bütün sahələrdə E-learning uzaqdan öyrənmə platformasından istifadə etməklə həm əyani, həm də qiyabi təhsil almaq mümkündür.
Tələbələrin elektron kitabxanadan, dərsliklərdən, məsələlər toplusundan və multimedia tapşırıqlarından istifadə etmək imkanı vardır. Tələbə və müəllimlərin xidmətinə onlarla avadanlaşdırılmış auditoriya, kompyuter və multimedia laboratoriyalar, radiostudiya, telestudiya, elmi laboratoriyalar və sərgi qalereyaları, yeməkxana, həmçinin Lodz qeyri-dövlət ali təhsil müəssisələrinin arasında ən böyük pulsuz girişli kitabxana verilmişdir. Hər bir Akademiya tələbə Erasmus proqramında iştirak edə bilər.
- Qrafika
- Rəqs
- Turizm və İstirahət
- İnformatika
- İqtisadiyyat
- Filologiya
- Tibb Bacısı
- Material Mühəndisliyi
İctimai Elmlər Akademiyası milli əhəmiyyətli müasir ali təhsil müəssisəsidir.
Akademiya I və II dərəcədə, aspirant seminarları, diplomdan sonra hazırlıq və MBA sahəsində tədris aparır. Dərslər əyani və qiyabi formada keçirilir. Birlikdə 22 istiqamətdə hazırlıq təklif olunur. Çoxsaylı kurslar, açıq dərslər ( master klasslar) və Tələbə Karyera Bürosu vasitəsilə həyata keçirilən tələbə təcrübə təklifləri əlavə olaraq keçirilir.
Təhsil müəssisənin üstünlüyü Clark University (ABŞ) ilə sıx əməkdaşlıqdır, bunun sayəsində tələbələr polyak dilində təhsil almaq ilə bərabər Master amerikan diplomu da ala bilər, xaricə təhsil almaq və təcrübə üçün qedə bilərlər. Akademiyada 500-dən çox müəllim çalışır.
- Beynəlxalq Münasibətlər
- Turizm və İstirahət
- İdarəetmə
- Qrafika
- Memarlıq və Şəhərsalma
- Jurnalistika və KİV
- Kosmetologiya
- İngilis Filologiyası
- Maliyyə və Mühasibat
- Logistika