TƏLƏBƏLƏR ÜZƏRİNDƏ QƏYYUMLUQ
Tələbə-Assistent – Polşada Tələbələrə Dəstək proqramı
OsvitalPol Proqramının əsas istiqamətlərindən biri Polşada artıq təhsil alan tələbələrin üzərində qəyyumluqdur. Biz bu aspektin həm tələbələr, həm də valideynlər üçün vacibliyini dərk edirik. Polşaya təhsil almağa gələn tələbələrin əksəriyyəti yetkinlik yaşına çatmamış gənclərdir.
Naməlum şəraitdə xüsusilə başlanğıc mərhələdə adaptasiyaya kömək vacib və aktualdır. Polşada təhsilin və yaşayışın növbəti mərhələlərində tələbələrə onların aktual məsələlərinin həllində və təlabatlarının ödənilməsində professional kömək lazımdır. Bilərək ki, OsvitaPol hər zaman onların yanındadır, bizim tələbələr və onların valideynləri özlərini təhlükəsiz hiss edirlər.
Biz nəyə zəmanət veririk:
Təhsil zamanı qəyyumluq
Proqramın təcrübəli koordinatorlar tərəfindən yataqxanalarda növbətçilik, koordinasiya, məlumat dəstəyi, Polşada təhsil və yaşayış məsələlərinin həllində praktiki kömək təşkil olunmuşdur.
Polşada tələbələrə xidmət mərkəzi
Bizim tələbələrin keyfiyyətli xidməti və rahatlığı ücün Varşavanın mərkəzində koordinasiya mərkəzi fəaliyyət göstərir, burada tələbə Polşada yaşayış və təhsil alma prosesində yaranan məsələləri müzakirə və həll edə bilər.
Professional koordinatorlar şəbəkəsi
Polşada təcrübəli və peşəkar proqram koordinatorları tələbələr və onların valideynlərinin Polşada yaşayış və təhsil alma müddətində bütün praktiki məsələlərinin həllinin təminatçısıdır.
24 saat ərzində əlaqə
“Qaynar Xətt 24” fövqəladə hallarda tələbələrə təcili və keyfiyyətli dəstək göstərir.
Tibbi Yardım
Səhhətinizdə problem yaranan zaman bizim koordinatorlar dərhal tibbi yardımla təmin edir, həkimin evə (yataqxanaya) gəlməsi və ya tələbənin poliklinikada muayinəyə yazılması təmin olunur.
Hüquqi dəstək
OsvitaPol tələbə və onun valideynləri üçün viza alma və viza müddəti uzadılma məsələləri, evin kirayələnməsi haqqında müqavilə bağlanma qaydaları, işədüzəlmə, yaşayış icazəsinin alınması və başqa məsələlərdə kömək göstərir. Himayədə olanların əksəriyyətinin həddi buluğa çatmamasını nəzərə alaraq, biz deyilən məsələlərin həllinə xüsusi hörmətlə yanaşırıq, tələbəyə aid olan bütün təklif, müqavilə və ya başqa sənədlərin qanunvericiliyə uyğun olduğuna xüsusi diqqət yetiririk .
Polşada özəl yataqxanalar
Burada rahat şərait, gecə-gündüz mühafizə, təmizlik, səliqə və əlverişli qiymətlər,valideynlərin tələbələrə baş cəkmə zamanı yerləşdirmə imkanı yaradılır.
Adaptasiya proqramı
Varşavada tədris ilinin başlanğıcına 8 və ya 4 həftə qalmış müddət polyak dili intensiv kurslarının keçirilməsi ilə bağlıdır. Bir və ya iki ay ərzində tələbələr yeni yaşayış yerinə adaptasiya olur, ətraf mühit, qaydalar, ənənələr və Polşanın mədəniyyəti ilə tanış olur, həmçinin təhsilin başlanğıc mərhələsinin asanlaşdırılmasına komək edən polyak dilini intensiv öyrənir.
İşin tapılmasına dəstək
Tədris zamanı və onu bitirdikdən sonra iş tapma və profesional karyeranın planlaşdırılmasına kömək məqsədilə OsvitaPol Proqram iştirakçıları üçün “student online” ixtisaslaşmış sayt açır.
ADDIM-ADDIM QƏBUL
TƏQAÜD PROQRAMLARI