POLŞADA MAGİSTRATURA
Bütün polyak ali təhsil məktəblərində fəaliyyət göstərən Bolonya təhsil sisteminə əsasən ali təhsil iki pilləyə bölünür: bakalavr (3 illik təhsil) və magistr (2 illik təhsil).
Tədris dili
Polşada magistratura polyak və ingilis dillərində tədris olunur. Bu halda polyak dilinin mükəmməl biliyi tələb olunmur, xarici tələbə üçün çox saylı intensiv dil kursları vardır. İngilis dilində tədris üçün dilin kifayət qədər biliyini təsdiq etməyə hazır olmalısınız.
Polşada magistraturada təhsil almağın üstünlükləri
Tələbələr üçün Polşa universitetlərinin bakalavr diplomunda ixtisasın arzu olunan magistratura ixtisası ilə üst -üstə düşməsi tələb olunmur.
Bu o deməkdir ki, tələbə ali təhsilini həqiqətən istədiyi istiqamətdə bitirə bilər.
Həmçinin qeyd etmək lazımdır ki, Polşada magistratura Avropa birliyi ölkələrindən daha ucuzdur.
Polşa ali təhsil müəssisələrinin əksəriyyətinin başqa ölkələrin partnyor universitetlərilə birgə magistr proqramlarının keçirilməsınə aid bir sıra razılıqları var. Bu o deməkdir ki, tələbənin xaricdə partnyor universitetdə bir müddət oxumaq imkanı var (məsələn, ABŞ). Tələbə təhsili bitirdikdən sonra iki ali məktəbin iki diplomunun xoşbəxt sahibi ola bilər.
Yəni, o, Polşada daha ucuz yaşayıb təhsil almışdır, lakin onun Böyük Britaniya və ya Amerikanın daha bahalı ali məktəbinin diplomu olacaq.
Polşa magistr diplomu bütün Avropa birliyi və Amerikada tanınır. O, gənc mütəxəssislərə dünya iş bazarı və böyük perspektivlər açır.
POLŞADA İŞ
POLYAK DİLİ KURSLARI