TƏDRİS PROSESİ
Polşada təhsil Bolonya sistemi üzrə həyata keçirilir.
Təhsil müddəti üç ildən beş ilə qədərdir.
Məzunlar aşağıdakı təhsil kvalifikasiya dərəcələrində təhsil alırlar: bakalavr, mühəndis, magistr.
Təhsil müddəti:
- Bakalavr– 3 il (6 semestr)
- Mühəndis ixtisasları - 3,5- 4 il (7-8 semestr )
- Magistr – 5 il (10 semestr)
- Bakalavr/mütəxəssis əsasında magistratura – 2 il (4 semestr)
Tədris əyani və qiyabi formada həyata keçirilir. Əyani tədris bazar ertəsi–cümə günləri saat 8.00-dan 16.00-dək keçirilir. Tələbələrin kitabxanalarda, oxu zallarında, internetlə sərbəst işləmələri üçun həftədə bir azad gün nəzərdə tutulmuşdur.
Qiyabi şöbədə dərslər ayda 2 dəfə, istirahət günləri – şənbə və bazar keçirilir. Tədris prosesini mühazirə, seminar, praktiki dərslər, məqbul, imtahanlar təşkil edir.
Tədris proqramı ümumi və ixtisas fənnlərindən əlavə başqa fənnləri də nəzərə almışdır və bu səbəbdən tələbələrin vaxtaşırı fərdi dərs planları da olur.
Tələbələrin biliyi aşağıdakı şkalaya görə qiymətləndirilir:
- Əla - 5.0
- Çox yaxşı - 4.5
- Yaxşı - 4.0
- Orta - 3.5
- Kafi - 3.0
- Qeyri-kafi - 2.0
Tədris ili 2 semestrdən ibarətdir. Qış semestri oktyabrın 1-də başlayır və yanvarın 31-dək davam edir. İmtahan sessiyası yanvarın 31 -də başlayır və fevralın 11-dək davam edir. Yay semestri martın 1-də başlayır və mayın 30-dək davam edir. İmtahan sessiyası iyunun 1-dən 20-nə kimi davam edir.
Birinci uzun istirahət bayram müddəti Milad katolik bayramı – 20 dekabr-2 yanvar günləridir. Semestr tətili fevralın 23-da başlayır və martın 1-nə kimi davam edir. Yay tətili iyunun 20-dən oktyabrın 1-dək davam edir. Yay sessiyasını vaxtından əvvəl bitirmək imkanı vardır.
Tələbələr yay tətilinin təxminən 4 ayını tələbə mübadiləsi və ya təcrübə artırma kimi müxtəlif proqramlar çərcivəsində ölkə xaricinə getməyə sərf edirlər (ABŞ, Britaniya, Hollandiya, İspaniya, İtaliya, Kanada, Portuqaliya və s.)
ADDIM-ADDIM QƏBUL
TƏQAÜD PROQRAMLARI