(012) Göstər
(050) Göstər
Sorğu göndər
Polşa universitetini necə seçməli?
Universitetlər
Lyublin, Polşa

Lüblinda Vintsent Pol adına İctimai və Təbii Elmlər Universiteti Milli Təhsil Nazirinin 12 iyul 2000-ci il tarixli qərarı əsasında fəaliyyət göstərən ali təhsil müəssisəsidir.

Universitet öz peşə məqsədini və maraqlarını həyata keçirmək istəyənlər haqqında düşünərək  yaradılıb. Universitet üç təhsil səviyyəsində bakalavr, magistr və aspirantura, əyani və qiyabi şöbələrdə tədris aparır. Dərslər Polşanın ən müasir elmi obyektlərindən birində keçirilir.

İllik təhsil haqqı: 1085€ – 2400€
Populyar fakültələr / ixtisaslar:
  • Bədən tərbiyəsi
  • Turizm və İstirahət
  • Kosmetologiya
  • Filologiya
  • Fizioterapiya
  • Səhiyyə
Lyublin, Polşa

Mariya Skladovskaya – Küri Universiteti Şərqi Polşanın ən böyük dövlət universitetidir, müxtəlif mədəniyyətlər və ənənələrə malik olan Lüblin şəhərində yerləşmişdir.

Universitet 11 fakültədə nadir və  geniş ixtisaslar təklif edir.

Mariya Skladovskaya – Küri Universiteti dəqiq elmlər sahəsində güclü mövqe tutur, təbii elmlər, riyaziyyat, informatikaya böyük tələb vardır. Humanitar elmlər, neofilologiya, jurnalistika  kimi elm sahəhələrində bizim Universitet tək Lüblində deyil, bütün Polşanın elm və təhsil xəritəsində qabaqcıl yer tutur. Universitet yüksək ixtisaslı hüquqşünas və iqtisadçılar deyil, həmçinin  yaradıcı peşə nümayəndələri də hazırlayır. Universitetimizin beynəlxalq səviyyəyə çıxarılmasına, elmi əməkdaşların və tələbələrin xarici tərəfdaşlarla mübadiləsinin gücləndirilməsinə imkan verəcək kompleks qərarlar həyata keçiririk, həmçinin dünyanın hər yerindən tanınmş alimlərin gəlməsinə imkan verən proqramlarda iştirak edirik.

İllik təhsil haqqı: 1250€ – 2000€
Populyar fakültələr / ixtisaslar:
  • İngilis Filologiyası
  • Almanizm
  • İnformatika
  • Turizm və İstirahət
  • İncəsənət sahəsində bədii təhsil
  • Caz və pop musiqisi
  • İdarəetmə
  • Maliyyə və Mühasibat
  • Biologiya
  • Biotexnologiya
  • Avropa tədqiqatları
Lyublin, Polşa

Lüblin Politexnik Universiteti Lüblində beş dövlət təhsil müəssisələrindən biridir, lakin texniki profilli yeganə ali təhsil məktəbidir. Universitetin cəlbediciliyi əsasən yüksək səviyyəli və müasir təhsil təklifi ilə özünü göstərir. Lüblin Politexnik Universiteti birinci elm dərəcəli təhsil proqramları -bakalavr, mühəndis səviyyəsi, magistr, doktorontura təklif edir. Lüblin Politexnik Universiteti yarandığı gündən etibarən  mühəndislər hazırlayır və elmi araşdırmalar aparır. Təhsil müəssisələrində aparılan elmi tədqiqatların əsas istiqaməti, həm konstruksiya və texnologiyaların inkişafı, ətraf mühitin  mühafizəsi, həm də material və enerji qənaətilə bağlıdır.

Bu gün Politexnik Universiteti 6 fakültə, 16 sahə və 50-dən çox ixtisasdan ibarətdir.

İllik təhsil haqqı: 1000 € - 2000 €
Populyar fakültələr / ixtisaslar:
  • İnşaat və Memarlıq
  • Elektrik Mühəndisliyi və İnformatika
  • Texnologiyanın Əsasları
  • Mexanika
  • Ətraf Mühitin Mühəndisliyi
Lyublin, Polşa

İoan Pavel adına Lüblin Katolik Universiteti Polşada ən qədim universitetlərdən biridir. Təxminən100 illik mövcudluğu müddətində o, həm Polşada həm də xaricdə geniş tanınmışdır.

Universitetin məqsədi tələbəri yaş, təhsil,yaşayış yeri və vətəndaşlıqından asılı olmayaraq, yüksək təhsil xidmətlərilə təmin etməkdir. Universitetin təklifi başqa müəssisə və xarici uinversitetlərlə əməkdaşlıqda mühazirə, seminar, kurs və təhsil proqramlarının  keçirilməsidir.

Lüblin Katolik Universiteti təhsilin I səviyyəsi (bakalavr/lisenziyalı və mühəndislik təhsili), II səviyyəsi (2 illik magistratura), tam 5 illik magistratura və III səviyyəsi (aspirantura) polyak və ingilis dillərində 9 fakültədə  təklif edir. Məşhur ixtisaslar idarəçilik, ingilis dili filologiyası, biotexnologiya, iqtisadiyyat, jurnalistika və ictimai əlaqələr, informatika, incəsənət tarixi, çin dili filologiyası, klassik filologiya, landşaft memarlığı, riyaziyyat, idarəetmə, beynəlxalq münasibətlər, musiqişünaslıq, alman dili filologiyası, pedaqogika, polyak dili filologiyası, hüquq, psixologiya, sosiologiyadır.

İllik təhsil haqqı: 1400 €- 9300 €
Populyar fakültələr / ixtisaslar:
  • Biznesdə Hüquq
  • Beynəlxalq və Avropa Hüququ
  • Beynəlxalq Münasibətlər
  • Administrasiya
  • Alman Filologiyasi
  • İngilis Filologiyası
  • Landşaft Memarlığı
  • Turizm
  • İqtisadiyyat
  • Fəlsəfə
Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!