(012) Göstər
(050) Göstər
Sorğu göndər
Polşa universitetini necə seçməli?
Universitetlər
Varşava, Polşa

İctimai Elmlər Akademiyası 20 ildən artıqdır ki, Polşada ən böyük  özəl universitetdir. Ali təhsil məktəbi təhsilin müxtəlif növlərini təklif edir: 20-dən çox fakültənin bakalavr və magistratura, aspirantura və MBA. O, həmçinin internet vasitəsilə və ingilis dilli bir çox fakültələrdə təhsil alma fürsəti verir.

Erasmus+ proqramı çərçivəsində bütün İEA-nın tələbələrinin xarici şirkətlər və universitetlərdə 1-2 semestr və ya ən azı 2 aylıq təcrübəyə getmək imkanı vardır, bununla da o, gələcək professional həyatında əvəzsiz xeyir əldə edəcək.

Reytinqlərdə dəyişilməz lider yeri, Varşavanın mərkəzində yerləşməsi, ABŞ-nın Klark Universitetilə sıx əlaqə sayəsində tələbələrin Polşa diplomu ilə bərabər “Master” amerikan diplomunu almaq, hətta ABŞ-a tədris ya təcrübə üçün getmək imkanınin olması İctimai Elmlər Akademiyasının üstünlüklərindən bir neçəsidir.

İllik təhsil haqqı: 980€ – 1600€
Populyar fakültələr / ixtisaslar:
  • Turizm
  • İngilis Filologiyası
  • Rejissor, Film, Audiovizual sənət
  • Memarlıq və Şəhərsalma
  • Jurnalistika və İctimai Ünsiyyət
  • Kosmetologiya
Varşava, Polşa

Varşava, Polşa

Financial Times qəzetinə görə, Kozminski Universiteti Orta və Şərqi Avropada ən yaxşı biznes məktəbidir. Universitet Global Masters reytinqinə görə idarəetmə sahəsində dünyada 25-ci, maliyyə sahəsində isə dünyada 19-cu yeri tutmuşdur.

Akademiyanın Brüsseldəki European Foundation for Management Development tərəfindən uzunmüddətli və çox tərəfli qiymətləndirməsi nəticəsində alınmış nüfuzlu avropa EQUİS (European Quality İmprovement System) akkreditasiyası vardır, bu da onu London Business School, Fontenbloda İNSEAD, Lozannada İMD kimi dünya liderləri ilə bir sıraya qoyur.

İllik təhsil haqqı: 1675€ - 6915€
Populyar fakültələr / ixtisaslar:
  • İqtisadiyyat - Beynəlxalq Bazar
  • İdarəetmə psixologiyası
  • Hüquq (Magistraturaya bölünmədən - 5 il)
  • İdarəetmə
  • Maliyyə və Mühasibat
  • Biznes və Media Sosiologiyası
Varşava, Polşa

Polşa-Yapon İnformasiya Texnologiyaları Universiteti 1994-cü ildə Polşa və Yaponiya hökumətləri arasında 1993-ci ildə imzalanmış Sazişi həyata keçirən İnformasiya Texnologiyaları İnkişaf  Fondu tərəfindən yaradılıb. Universitet nüfuzlu reytinqlərdə lider yerini tutur, tələbələr, işəgötürənlər və media tərəfindən yüksək qiymətləndirilir.

Universitetin tələbələri universitetin əla və müasir elmi-texniki bazasından, son texnologiya ilə təchiz olunmuş laboratoriyalardan istifadə edir, bir çox görüş, sərgi və konfranslarda iştirak edirlər. PYKTU tələbələrin tədqiqat və maraqlarına dəstək verir. Universitetdə təhsil gələcəkdə maraqlı və yüksək ödənişli iş təmin edir.

İllik təhsil haqqı: 1200€ - 3000€
Populyar fakültələr / ixtisaslar:
  • İnformatika
  • Daxili Dizayn
  • Qrafika
  • Məlumatların İdarə Edilməsi
  • Yaponiyanın mədəniyyəti
Varşava, Polşa

1816-cı ildə təsis edilən Varşava Milli Universiteti, humanitar, dəqiq və təbii elmlər daxilində 80-dən çox sahədə ixtisaslaşmalar və tədqiqatlar təklif edən Polşanın ali təhsil müəssisədir.

2010 və 2011 - ci illərdə Varşava Universiteti dövlət ali məktəbləri arasında “Perspektivlər” “Rzeczpospolita” nəşrləri tərəfindən aparılan reytinqdə birinci yeri tutub.

Varşava Universiteti yüksək keyfiyyətli təhsil, dünya tədqiqat standartlarına uyğun müasir tədqiqat proqramları təklif edir. Universitet bir çox müəssisələrlə və şirkətlərlə əməkdaşlıq edir, əmək bazarında məzunlara kömək edir. Bir çox tanınmış xarici təhsil müəssisəsi ilə davamlı əməkdaşlıq Varşava Universitetinin beynəlxalq əhəmiyyətini gücləndirir. Dünyanın 51 ölkəsindən 170-dən çox universitet Avropa birliyi “Erasmus” proqramı çərçivəsində ikitərəfli sazişlər və 350-dən çox tərəfdaşlar sayəsində Varşava Universiteti ilə əməkdaşlıq edir.

İllik təhsil haqqı: 2000€ – 5200€
Populyar fakültələr / ixtisaslar:
  • Humanitar Elmlər
  • Biologiya
  • Kimya
  • Fizika
  • İqtisad Elmləri
  • Bioinformatika
  • Neofilologiya
  • Avropa tədqiqatları
  • Administrasiya
Varşava, Polşa

Universitet 1906-cı ildə yaradılıb və Polşada ən qədim iqtisadiyyat və idarəetmə dövlət universitetlərindən biridir. Ənənəvi olaraq, Varşava İqtisadiyyat Universiteti iqtisadiyyat və idarəetmə sahəsində elmi araşdırmalar mərkəzi idi.

Varşava İqtisadiyyat Universiteti CEMS-nin –the Global Alliance in Management Education – üzvü olan yeganə Polşa ali təhsil məktəbidir. Bu təşkilat biznes sahəsində ixtisaslaşan 27 aparıcı ali təhsil müəssisəsi və 60 beynəlxalq şirkət tərəfindən yaradılmışdır. Bu təşkilatın məqsədi gələcək liderlərin yetişdirilməsi və inkişafıdır. Varşava İqtisadiyyat Universiteti Şərqi və Orta Avropada biznes sahəsində ixtisaslaşan aparıcı ali təhsil müəssisəsidir.

İllik təhsil haqqı: 3000€ – 3800€
Populyar fakültələr / ixtisaslar:
  • İqtisadiyyat
  • Maliyyə və Mühasibat
  • Məkan İqtisadiyyatı
  • Beynəlxalq İqtisadi Münasibətlər
  • İdarəetmə
  • Avropa tədqiqatları
Varşava, Polşa

Varşava Politexnik Universiteti Polşanın ən böyük və ən qədim texniki ali təhsil məktəblərinin siyahısına daxildir, yaranma tarixi 19-cu əsrin əvvəlinə aiddir.

Hal- hazırda Polşada ən yaxşı texniki təhsil müəssisəsidir, burada 30 mindən çox tələbə təhsil alır. Onun yüksək təlim standartları, elmi-texniki bazası, məşhur Polşa nəşrlərinin şahidlik edən reytinqlərinə görə pedaqoji tərkibi vardır.

Politexnik Unuversitetinin  Milli Elm Mərkəzi, Təhsil Nazirliyi, Milli İnkişaf və Tədqiqatlar Mərkəzi, Elmi İttifaqlar Mərkəzi və  bunlar kimi başqa tərəfdaşlar ilə əməkdaşlıq edən 8 tədqiqat mərkəzi vardır. Görkəmli Polşa alimlərinin iştirakı ilə görüşlər, konfranslar keçirilir. Universitet bir çox dünya ölkələrinin, ABŞ, Kanada, Avstraliya, Çin, Yaponiya, Böyük Britaniya, Avstriya, Almaniya, İtaliya, Danimarka, Fransa, Misir, Finlandiya ali təhsil məktəblər-tərəfdaşlar arasında, tələbələrin təhsillərini davam etdirə , beynəlxalq konfranslarda, birgə elmi layihələrdə iştirak edə bilən beynəlxalq mübadilə proqramlarını həyata keçirir.

İllik təhsil haqqı: 2000€ – 4000€
Populyar fakültələr / ixtisaslar:
  • Memarlıq və Şəhərsalma
  • İnformatika
  • Avtomatlaşdırma və robotexnika
  • Elektronika və Telekommunikasiya
  • İnşaat
  • Mexanika və Maşınqayırma
Varşava, Polşa

Vistula Maliyyə və Biznes Akademiyası bir çox göstəricilərə görə Polşada ən yaxşı ali təhsil müəssisələrindən biridir.

Akademiya 1996-cı ildə Varşavada İqtisadiyyat və İnformatika Ali məktəbi kimi yaradılıb, 2014-cü ildə isə Vistula Akademiyası adı almışdır.

Bu təhsil müəssisəsi nadir beynəlxalq atmosferinə görə 26 ölkədən və 4 qitədən gələn tələbələrlə fəxr edir.

2011-ci ildə “Wprost”reytinqində Akademiya Polşanın ən yaxşı milli təhsil müəssisələrindən birinə çevrilərək fəxri 8-ci yeri tutmuşdur.  Akademiya müasir biliyi olan, həm beynəlxalq həm də regional iş bazarında işə götürənlərin tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər hazırladığı üçün Ambasadora Polskiej Nauki adını və “Uczelnia Liderow” (“Liderlər Məktəbi”) nüfuzlu sertifikatını almışdır.

İllik təhsil haqqı: 915 € - 3000 €
Populyar fakültələr / ixtisaslar:
  • İqtisadiyyat
  • Beynəlxalq Münasibətlər
  • İdarəetmə
  • İngilis Filologiyası
  • Turizm və İstirahət
  • İnformatika
  • Memarlıq və Şəhərsalma
  • Jurnalistika
  • Qrafika
Varşava, Polşa

Collegium Civitas 1997 ildə Polşa Elmlər Akademiyasının beş elmi-tədqiqat institutu əsasında yaranmışdır.

Təhsil proqramları ali təhsilin son yanaşma və tələblərinə uyğun olaraq tərtib edilir. Bu, təhsilin fənnlərarası təbiəti, müəllim və tələbə arasında sıx əlaqələri, bir və ya iki semestri xarici ali təhsil məktəblərində keçirilməsi, təcrübənin beynəlxalq müəssisələrdə və elmi-tədqiqat işlərinin məşhur alimlərin rəhbərliyi altında aparılması deməkdir.

İllik təhsil haqqı: 1300€ - 3245€
Populyar fakültələr / ixtisaslar:
  • Sosiologiya
  • Beynəlxalq Münasibətlər
  • Jurnalistika
  • İdarəetmə
  • Politologiya
  • Biznesin İdarə edilməsi
  • Beynəlxalq əlaqələr
  • Journalism
Varşava, Polşa

Mariya Skladovskaya-Küri adına Universitet abituriyentlərə tədris, praktika və diplomdan sonrakı təhsildə maraqlı təkliflər verən Varşavanın ilk özəl ali təhsil müəssisələrindən biridir. Varşavanın Mariya Skladovskaya-Küri adına Universitetinin müəllimləri görkəmli professorlar, bir çox elm sahələrinin yüksək ixtisaslı mütəxəssisləri, tanınmış praktiki işçilər və qlobal biznes liderləridir. Elmi-didaktik kadrlar universitetin qürurudur. Universitetdə gənclərin və təcrübənin harmonik birləşməsi mühiti var. Tələbələrin xidmətində internetə daim giriş imkanı olan böyük kompyuter zalları, müasir texniki avadanlıq, böyük kitabxana,  kafe  vardır. Universitetdə  ingilis, rus, alman, italyan, ispan dillərinə mükəmməl yiyəylənmək üçün xarici dillər Mərkəzi fəaliyyət göstərir. 

İllik təhsil haqqı: 800€ – 1000€
Populyar fakültələr / ixtisaslar:
  • Turizm və otel biznes
  • İqtisadiyyat
  • Səhiyyə
  • Pedaqoqika
  • Tibb Bacısı
  • Tibbi Xilasetmə
  • Geodeziya və Kartoqrafiya
Varşava, Polşa

Maliyyə və İdarəetmə Universiteti iqtisadi, humanitar və hüquq elmləri sahəsində aşağıdakı təhsil və ixtisas səviyyələrində təhsil fəaliyyətini yerinə yetirir: bakalavr, magistr və doktorantura.

Ali təhsil məktəbi abituriyentlərə geniş ixtisas  seçimi təklif edir və yüksək ixtisaslı ımüəllim heyəti ilə müasir Avropa standartlarına cavab verən yüksək səviyyəli təhsil verir.

Universitet İnternetə daima daxil olma imkanı olan ən müasir texniki vasitələrlə avadanlaşdırılmış auditoriya, laboratoriya və müasir kompyuter zalları ilə təchiz olunub. Universitetdə çox sayda müxtəlif ədəbiyyatlı oxu zalı olan kitabxana fəaliyyət göstərir. Müəssisənin ərazisində kafe, üzgüçülük hovuzu vardır.

İllik təhsil haqqı: 890€ - 2600€
Populyar fakültələr / ixtisaslar:
  • Politologiya
  • Beynəlxalq Münasibətlər
  • Kütləvi İnformasiya Vasitələri və İctimai Əlaqələr
  • Information Technology
  • Menecment
  • Political Science
Varşava, Polşa

Kommersiya Texniki Unversitetinin məqsədi tələbələrə ali təhsilli  şəxslərə məxsus olan şəxsi keyfiyyətlərini inkişaf etdirmək, beynəlxalq əlaqələrin ümumi məlumatlarını əldə etmək və xaricdə malların mübadiləsi ilə bağlı xüsusi biliklər verməkdir. Tədris prosesinin müvafiq təşkilatı, tədris planının optimallaşdırılması, yüksək pedaqoji səviyyəli müəllimlərin seçilməsi və təlim üçün əlverişli şəraitin təmin edilməsi ilə Universitet öz təhsil vəzifəsini uğurla yerinə yetirir.

İllik təhsil haqqı: 1110€ - 1180€
Populyar fakültələr / ixtisaslar:
  • Beynəlxalq Münasibətlər
  • Nəqliyyat
  • İnşaat
  • İdarəetmə
  • Dizayn
  • Daxili təhlükəsizlik
  • Maliyyə və Mühasibat
Varşava, Polşa

Sosial Psixologiya və Humanitar Elmlər Universiteti 1966-cı ildən etibarən keyfiyyətli təhsil verən Polşada ən əhəmiyyətli və ən məşhur ali təhsil müəssisələrindən biridir. Onun əsas filialı Varşavada, qalanları isə Poznan, Vroclav, Katovice və Sopotdadır.

Yüksək keyfiyyətli və təcrübəli professor-müəllim heyəti universitetin ən böyük aktivlərindən sayılır. Universitetdə 80 professor, 54 dosent və 195 elmlər namizədi çalışır. Tələbələr Avropa Birliyinin müxtəlif yardımlarından maliyyələşdirilən bir çox elmi-tədqiqat layihələrində daima iştirak edirlər.

İllik təhsil haqqı: 1060€ - 4300€
Populyar fakültələr / ixtisaslar:
  • Psixologiya (Magistraturaya bölünmədən - 5 il)
  • Hüquq (Magistraturaya bölünmədən - 5 il)
  • Jurnalistika və İctimai Ünsiyyət
  • İngilis Filologiyası
  • Beynəlxalq Münasibətlər: Çin və Şərqi Asiya
  • İspan Filologiyası
Varşava, Polşa

İdarəetmə Universiteti Varşavanın ən böyük ali təhsil müəssisələrindən biridir.

Tədris bakalavr və magistr təhsil və ixtisas səviyyəsinə uyğun olaraq aşağıdakı formalarda aparılır: əyani, axşam və qiyabi. Universitetin böyük auditoriyaları, ən son texniki vasitələrlə təchiz edilmiş kompyuter zalları, böyük kitabxana, yataqxana və kafesi vardır. Universitetin diplomlarının 100-dən çox ölkələrdə tanınan Britaniya BTEK (Business & Technology Education Council) akkreditasiyası var. Tədris zamanı tələbələr aşağıdakı kateqoriyalara sahib ola bilərlər: HNC-Higher National Certifica və HND-Higher National Diploma.

Bu kateqoriyaların mövcudluğu dünyada, xüsusilə Avropa Birliyi ölkələrində iş məşğulluq imkanını asanlaşdırır. HNC 1-illik, HND 1və 2 illik Avropa ali təhsil müəssisələrində təhsilə bərabərdir.

İllik təhsil haqqı: 820€ - 1100€
Populyar fakültələr / ixtisaslar:
  • İdarəetmə
  • Maliyyə və Mühasibat
  • Hüquq (Magistraturaya bölünmədən - 5 il)
  • İdarəetmə və İstehsal Texnologiyaları
  • Pedaqoqika
  • Administrasiya
Varşava, Polşa

İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti Polşa Elmlər Akademiyası tərəfindən yaradılıb. Universitetin əsas vəzifəsi informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrlarının hazırlanmasıdır. Tədris prosesi tərkibində Polşa Elmlər Akademiyasının, PEA Sistem Tədqiqatları İnstitutunun  tanınmış elmi işçiləri olan yüksək ixtisaslı pedaqoji kolleltivi tərəfindən təmin olunur. Universitet ERASMUS, LEONARDO DA VİNCİ, JEAN MONNET kimi  məşhur beynəlxalq tələbə mübadiləsi proqramları üzvüdür və bunların çərçivəsində tələbələrin öz təhsillərini davam etdirmək, Avropa Birliyi ölkələri ali təhsil müəssisələrində təcrübə keçmək imkanları vardır.

İllik təhsil haqqı: 860€ - 1900€
Populyar fakültələr / ixtisaslar:
  • İnformatika
  • Qrafika
  • Administrasiya
  • İdarəetmə
  • İdarəetmə Sistemlərində Kompüter Texnologiyaları
Varşava, Polşa

Varşavada 17 il mövcud olan Ekologiya və İdarəçilik Universiteti Polşada ən yaxşı özəl texniki və  bədii təhsil müəssisələrindən sayılir. Universitet Polşa və Avropa tədris standartlarına cavab verir və 300-ə yaxın yüksək təlim keçmiş elmi müəllim heyyəti, geniş texniki bazasina görə (laboratoriyalar və kabinetlər) tələbələr tərəfindən yüksək qiymətləndirilir. Universitetin dinamik inkişafı,  tələbələrin aldığı tədrisin yüksək səviyyəsi və biliyin fənnlərarası təbiəti bir çox sahələrdən işə götürənlər və mütəxəssislər arasında qiymətləndirilir, bunun nəticəsində Universitet 2012 ildə Avropa Medalı almışdır.

İllik təhsil haqqı: 1295€ - 2075€
Populyar fakültələr / ixtisaslar:
  • Memarlıq
  • İnşaat
  • Landşaft Memarlığı
  • Dizayn
  • Mexanika və Maşınqayırma
  • Səhiyyə
  • Daxili Memarlıq
  • Turizm və otel biznes
  • Logistika
  • Beynəlxalq Biznes
Varşava, Polşa

2000-ci ildə Varşavada Kosmetologiya və Sağlamlıq Universiteti Milli Təhsil və İdman Nazirliyinin qərarı ilə Polşada ilk olaraq fəaliyyətə başladı. Universitetdə tədris yüksək peşəkarlıq hazirlığı, eləcə də müasir kosmetologiya, biotexnologiya və sağlamlıq sahəsində dərin bilik əldə etmək imkanı verir.

Universitetin vəzifəsi məzunların müsbət fərqlənmə və xüsusilə Avropa əmək bazarında tələb olunan yüksək tədris səviyyəsini təmin etməkdir.

Universitet həm yeniliklər, həm də beynəlxalq standartlara uyğun qeyri-adi müəlliflik təhsil proqramı həyata keçirir.

İllik təhsil haqqı: 2050€ - 2250€
Populyar fakültələr / ixtisaslar:
  • Kosmetologiya
Varşava, Polşa

Moda və Dizayn Universiteti Polşada beynəlxalq moda və dizayn tədrisinin yeni universitetidir.

Təhsil müəssisəsi Polşa moda sənayesində peşəkarların dinamik inkişafının  tələblərinə cavab olaraq yaradılmışdır. Moda Universiteti modanın bütün aspektlərini əhatə edən Polşa bazarında yeganə universitetdir.

VİAMODA İNDUSTRİAL moda biznes sahəsində praktiki bacarıqlar əldə etmək üçün tələbələrə əla şərait yaradır: modellərin dizayn və yaradılması, moda sahəsində idarəçilik, eləcə də moda sənayesində müasir texnoloji, kommunikativ biznes strategiyalarının hazırlanması və həyata keçirilməsi. Moda təhsilində dizayn, texnologiya və idarəçilik yeni istiqamətlərdir.

Təhsilin bütün üç sahəsini birləşdirən vahid (kompleks) yanaşma əmək bazarında yüksək tələb olunan sənaye dizayn mütəxəssisləri hazırlamağa imkan verir.

İllik təhsil haqqı: 3500€ – 5000€
Populyar fakültələr / ixtisaslar:
  • Dizayn
  • Moda Dizayn, Texnologiya və İdarəetmə
Varşava, Polşa

Ali təhsil müəssisəsi abituriyentlərə filologiya və pedaqogika üzrə ixtisaslar təklif edir: ingilis, alman, rus, ispan dilləri, pedaqogika (qeyri-sosial, məktəbəqədər təhsil, əmək bazarında təhsil, asılılığın profilaktika və müalicəsi, fəal terapiyası və düzəliş (korreksiya) gimnastikası). Hal-hazırda ali təhsil məktəblərində xaricilər daxil olmaqla 3000 çox tələbə təhsil alır. Universitetdə tələbələrə işə düzəlmə, tələbə təcrübə sahəsində təkliflərin tapılmasında kömək göstərən “Təhsil və Karyera Mərkəzi” fəaliyyət göstərir. Universitet”Erasmuss” beynəlxalq mübadilə proqramının üzvüdür və digər Avropa ölkələri, xüsusilə Slovakiya, Rusiya, Belçika, İspaniya, Almaniya ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Bunun sayəsində tələbələrin təhsillərini, tədris praktikalarını və təcrübələrini xaricdə davam etdirmək imkanı vardır.

İllik təhsil haqqı: 960€ – 1200€
Populyar fakültələr / ixtisaslar:
  • İngilis Filologiyası
  • Alman Filologiyasi
  • İspan Filologiyası
  • Rus Filologiyası
  • Filologiya
  • Pedaqoqika
  • Səhiyyə
  • Administrasiya
Varşava, Polşa

Varşavada Lazarski Universiteti Polşanın ən qədim qeyri-dövlət, iqtisadiyyat və hüquq sahəsində aparıcı universitetlərindən biridir. Ali təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətinə başlamışdır. Lazarski Universiteti University of Wales tam akkreditasiyasına malik olan Polşada yeganə universitetdir, bu səbəbdən ingilis dilli proqram məzunları iki diplom alır: University of Wales diplomu və Lazarski Universiteti diplomu. Universitetdə 30 ölkədən 4000-dən çox tələbə təhsil alır. Bu ali təhsil məktəbinin məzunları işə götürənlər arasında böyük nüfuza malikdir.

İllik təhsil haqqı: 1040 € - 3325 €
Populyar fakültələr / ixtisaslar:
  • İqtisadiyyat
  • İdarəetmə
  • Beynəlxalq Münasibətlər
  • Maliyyə və Mühasibat
Varşava, Polşa

Varşavada Kənd Təsərrüfatı Universiteti (SGGW) ali təhsil müəssisələrinin təbii elmlər reytinqində birinci yer tutur və Polşanın ən yaxşı dövlət universitetlərinin onluğuna daxildir. Ali təhsil müəssisəsi 23 sentyabr 1816 ildə təsis edilib. Burada aspirantlar və diplomdan sonra daxil olmaqla 27000-dən çox tələbə təhsil alır və 340 professor daxil olmaqla təxminən 1200 müəllimdən ibarət heyyət çalışır. SGGW 250 xarici ali təhsil məktəbi və 50 ölkənin elmi müəssisələri ilə əməkdaşlıq edir. Varşava Kənd Təsərrüfatı Universitetində müasir tələbə şəhərciyi var, burada həm təhsil alma, həm də tədris və tədqiqat üçün gözəl şərait var. Universitet bioloji və texniki, baytarlıq, iqtisadiyyat və humanitar sahələrdən geniş çeşidli fənnlər təklif edir. Bütün bunlar müasir cəmiyyətin inkişafi üçün qiymətlidir. Ali təhsil müəssisəsi European Universities Association (EUA), International Association of Universities (AİU), Association for European Life Science Universities (ICA), Euroleague for Life Sciences (ELLS) və başqaları kimi nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.

İllik təhsil haqqı: 2000 € - 7600 €
Populyar fakültələr / ixtisaslar:
  • Heyvan Biotexnologiyası
  • Landşaft Dizaynı
  • Zooteknik
  • Əmtəəşünaslıq
  • Ağac emalı texnologiyası
  • Meşə Təsərrüfatı
Varşava, Polşa
İllik təhsil haqqı: 1370€ - 3000€
Populyar fakültələr / ixtisaslar:
  • Rejissor, Film, Audiovizual sənət
  • Aktyor
  • Film və Televiziya İstehsalının Təşkili
Varşava, Polşa

Varşavada İdman Təhsil Universiteti bədən tərbiyyəsi və idman sahəsində ixtisaslaşan ən yaxşı qeyri-dövlət ali təhsil müəssisələrindən biridir. Gələcəkdə tələbəyə əmək bazarında rəqabətə qarşı durmağa, özünün idman karyerasının inkişafına kömək edən bir çox praktiki dərslərdən, təlim təcrübəsi təkliflərindən, idman ixtisaslaşmasından ibarət olan tədris müasir müəlliflik proqramı üzrə keçiilirr.

Universitetin nəzdində üzgüçülük, fitnes, güləş, velosiped turizmi, pilates, voleybol, futbol, basketbol, boks, yoqa, gimnastika, snoubord və s. idman növləri təklif edən “Kurslar mərkəzi” fəaliyyət göstərir. Bunun sayəsində tələbələr məşqçi fəaliyyətini yerinə yetirmək üçün əlavə səlahiyyətlər əldə edə bilərlər, bu isə məşqulluq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Universitet hazırlayır:

Bədən tərbiyyəsi müəllimləri

Şəxsi təlimçilər

Müxtəlif idman növləri və aktiv (açıq hava) istirahət təlimçiləri

İdman menecerləri

İdman pəhrizi

İllik təhsil haqqı: 910 € - 1010 €
Populyar fakültələr / ixtisaslar:
  • Bədən tərbiyəsi
Varşava, Polşa

Varşavada Reabilitasiya Universiteti 2007-ci ildə təsis edilmişdir. Bu, reabilitasiya, təcili tibbi yardım və dietologiya sahəsində təhsil ala biləcək ixtisaslaşdırılmış ali təhsil müəssisəsidir. Universitetdə təcrübə və təhsil prosesində dünyada tanınmış Konstantinski  reabilitasiya məktəbinin ənənələrini davam etdirən yüksək ixtisaslı mütəxəssislər, eləcə də təcili tibbi yardım və dietologiya sahəsində müxtəlif yeni metodlardan istifadə edən müəllimlər çalışır. Tələbələrə ən yüksək səviyyədə təhsil təklif olunur. Siz ən nüfuzlu tibbi müəssisələrində təcrübə keçə bilərsiniz.

İllik təhsil haqqı: 1130 € - 1490 €
Populyar fakültələr / ixtisaslar:
  • Fizioterapiya (5 illik təhsil)
  • Tibbi Xilasetmə
  • Dietologiya
Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!