(012) Göstər
(050) Göstər
Sorğu göndər
Polşa universitetini necə seçməli?
Universitetlər
Vrotslav , Polşa

Vrotslav Universiteti Uniwersytet Wroclawski Polşada Vrotslavda Aşağı Sileziyada (1945-ci ilədək Breslau) ən böyük dövlət ali təhsil müəssisəsidir. O, 300 ildən artıq zəngin, maraqlı tarixi və ənənələri ilə Orta və Şərqi Avropada ən qədim universitetlərdən biridir.

Bu gün o, 37000 tələbə və aspirantın təhsil aldığı 12 fakültə, 70 ixtisas və istiqamət təklif edən  müasir universitetdir. Müəllim və elmi işçilərin sayı 3390 nəfərdir.

İllik təhsil haqqı: 2000€ – 3500€
Populyar fakültələr / ixtisaslar:
  • İngilis Filologiyası
  • İtalyan Filologiyası
  • Alman Filologiyasi
  • İqtisadiyyat
  • Biotexnologiya
  • Beynəlxalq və Avropa Hüququ
  • Beynəlxalq Münasibətlər
  • İnformatika
  • Astronomiya
  • Avropa Diplomatiyası
Vrotslav , Polşa

Vrotslavda Dövlət İqtisadiyyat Universiteti iqtisadiyyat sahəsində müxtəlif istiqamətlərdə 17000-nə yaxın tələbənin təhsil aldığı aparıcı ali təhsil müəssisələrindən biridir. Bu gün universitetdə 17000-ə yaxın tələbə 780 elmi əməkdaş (həmçinin 126 professor) tərəfindən tədris alır. Ali təhsil müəssisəsi tələbələrin, seçilmiş sahələrdə gələcək mütəxəssisslərin biliklərini müvəffəqiyyətlə inkişaf etdirir. Universitetin elmi və tədqiqat fəaliyyəti mərkəzi olduğundan o, tələbələrə onların biznes tərəfdaşları ilə təcrübə keçməkdə uğurla kömək edir. Universitet mühasibat və audit, loqistika, kiçik və orta biznesin idarəçiliyi, maliyyə idarəçiliyi, maliyyə bazarları, kimyəvi məhsulların mühəndisliyi, idarəetmə, innovasiyalar, investisiyalar və daşınmaz əmlak, kommunikasiya və marketinq və başqalari kimi qırxdan çox ixtisas təklif edir.

İllik təhsil haqqı: 2000€ – 3000€
Populyar fakültələr / ixtisaslar:
  • Maliyyə və Mühasibat
  • Beynəlxalq İqtisadi Münasibətlər
  • Beynəlxalq Biznes
  • İqtisadi Təhlil
  • Biznesdə Kompüter Elmləri
  • İdarəetmə
  • İqtisadiyyat
  • Logistika
  • Turizm
  • Maliyyə
Vrotslav , Polşa

Vrotslav Politexnika, Poltechnika Wroclawska ən böyük və ən yaxşı Polşa texniki universitetlərin siyahısına daxildir, 1945-ci ildə yaranmışdır. Bu gün Vrotslavska Politexnika Aşağı Sileziyanın qabağcıl şirkətləri ilə sıx əlaqədə olaraq məşhur Polşa universitetlərinin ənənələrini davam etdirir. Vrotslav Politexnik Universiteti ölkədə ən böyük və ən yaxşı politexnik universitetlərindən biridir, milli reytinqdə ikinci/üçüncü yer tutur.

2000 müəllimin rəhbərliyi altında 30 000 yaxın tələbə 12 fakültə, 24 istiqamətdə təhsil alır, müasir iqtisadiyyatın bütün sahələri üçün mütəxəssis hazırlayır. Tədris sistemi beynəlxalq standartlara, bolonya sisteminə uyğun keçirilir.

Vrotslav Politetexnika Universiteti aşağıdakılara diqqət yetirir:

Gələcəyin traektoriyasını dəyişən yaradıcılıq

Texnosferin fəaliyyətini müəyyən edən peşəkarlıq və sərt bacarıqlar

Hərəkətin təsirini artıran və məqsədlərə nail olmanı daha asan edən ətraf mühit və xarici tərəfdaşlarla əməkdaşlıq.

 

 

Tədris proqramları nanotexnologiya, biotexnologiya, telekommunikasiya, teleinformatika və məlumat sistemlıəri kimi yeni texnologiyaların elmi tədqiqatı ilə bağlıdır.

İllik təhsil haqqı: 2000€ – 4000€
Populyar fakültələr / ixtisaslar:
  • Memarlıq
  • Biotexnologiya
  • İnformatika
  • Elektronika və Telekommunikasiya
  • Kimya və Proses Mühəndisliyi
  • Avtomatlaşdırma və robotexnika
  • Mexanika və Maşınqayırma
  • İdarəetmə
  • Enerji Mühəndisliyi
  • Texniki Fizika
  • Optika
Vrotslav , Polşa

Vrotslavda Beynəlxalq Loqistika və Nəqliyyat Universiteti 2001-ci ildə Vrotslav şəhərində Birləşmiş Logistika Mərkəzinin Yaradılması üzrə Assosiasiyasının təşəbbüsü ilə yaradılmışdır.

Beynəlxalq Logistika və Nəqliyyat Universitetini yaradarkən, universitetin vəzifəsi müasir logistika proseslərini idarə etməyə, birləşmiş Avropanın hərtərəfli inteqrasiyası şəraitində işləməyə hazır olan menecerləri hazırlamaqdır.

Bir çox strateji tərəfdaşları ilə əməkdaşlıq sayəsində Universitetin tədris proqramı logistika, nəqliyyat və ekspedisiya sahəsində bilik və bacarıqların Avropa səviyyəsində verilməsinə zəmanət verir. Ali təhsil məktəbinin beynəlxalq profili, logistika, nəqliyyat və ekspedisiya sahələrindən çoxsaylı tərəfdaşlar dəvət olunmuş yerli və xarici aparıcı mütəxəssislərin mühazirələrini, həmçinin əlavə kursları təşkil edərək, “açıq tədris” prinsipinin həyata keçirilməsinə imkan verir. Bütün bunlar nəzəri təhsil prosesini tamamlayır, tələbələrə biliklərini genişləndirməyə imkan yaradır və gələcək peşələrinin anlayışını  reallıqla müqayisə etməyə imkan verir. Fransız, ingilis və ya alman dili bilikləri yüksək səviyyədə olan tələbələr xarici firma və şirkətlərdə təcrübə keçməyə müraciət edə  bilərlər. Universitetdə bir sıra ixtisaslar təklif edən bir fakültəli qurum var (logistika və nəqliyyat fakültəsi).

İllik təhsil haqqı: 750€ - 2500€
Populyar fakültələr / ixtisaslar:
  • İdarəetmə
  • Logistika
  • İnşaat
  • Nəqliyyat
  • Logistika
Vrotslav , Polşa

Vrotslav Dövlət Tibb Universiteti 1950-ci ildə yaradılan, uzun tarixi və ənənələrə malik müasir universitet, əhəmiyyətli elmi və təhsil tədqiqatları olan tibb mərkəzidir.

Tibb uneversitetinin vəzifəsi səhiyyə sistemində və əczaçılıq preparatları tibb işçilərinin yüksək ixtisaslı mütəxəssislər  hazırlığı, həmçinin insan sağlamlığı və həyatı naminə elm sahəsində innovativ tədqiqatların aparılmasıdır.

Tibb universitetinin tələbələri Erasmus  Beynəlxalq Avropa akademik mübadilə proqramında, müxtəlif seminar və konfranslarda iştirak edirlər.

Universitet  Skandinaviya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Yunanıstan, Ukrayna, Fransa, Nigeriya, Cənubi Afrika və Səudiyyə Ərəbistanı kimi müxtəlif dünya ölkələrindən 5350-dən çox tələbə hazırlayır.

İllik təhsil haqqı: 2 410 € - 12 865 €
Populyar fakültələr / ixtisaslar:
  • Mualicə İşi
  • Diş Həkimi (Magistr dərəcəsi - 5 il)
  • Əczaçılıq (Magistraturaya bölünmədən - 5,5 il)
  • Tibb Bacısı
  • Fizioterapiya
  • Tibbi Xilasetmə
  • Mamacalıq
  • Dietologiya
Vrotslav , Polşa

Vrotslavda Biznes Universiteti (Wyzsza Szkola Handlowa we Wroclawiu-WSH) 1997-ci ildə yaradılmış qeyri-dövlət biznes profilli ali təhsil müəssisəsidir. İqtisadiyyat və humanitar elmlər üzrə bakalavr və magistr pillələrində, eləcə də tədris proqramı biznes tərəfdaşları ilə birlikdə təşkil olunmuş MBA  daxil olmaqla aspiranturada təhsil təklif edir.

Vrotslavda Biznes Universitetində tədrisin əsasını təcrübə təşkil edir. Bu o, deməkdir ki, bütün ixtisaslar üzrə tədrisdə xüsusi diqqət öz işinin təşkilində və aparılmasında lazımi praktiki bacarıqların əldə edilməsinə yetirilir.

Onlar arasında sahibkarlıq, liderlik, komandada iş, qərar vermə, danışıqlar, təqdimat sənəti, xarici dillərin öyrənilməsi vardır. Universitet biznes tələbələrini real vəziyyətləri mühazirələr, praktiki dərslər və layihələr zamanı müzakirə edərək öyrədir.

İllik təhsil haqqı: 1100 € - 2500 €
Populyar fakültələr / ixtisaslar:
  • Maliyyə və Mühasibat
  • İdarəetmə
  • Turizm və İstirahət
  • Menecment
  • Daxili təhlükəsizlik
  • İnformatika
Vrotslav , Polşa

Vrotslavda İctimai Psixologiya Universitetinin filialı 15 il əvvəl açılmış və tez bir zamanda Polşada ən yaxşı elmi-tədqiqat mərkəzinə çevrilmişdir. 2010-cu ildə Elm və Ali Təhsil Nazirliyi Vrotslav filiallarına sosial elmlər sahəsində ən yaxşı təhsil müəssisəsi statusu vermişdir. 2013-cü ildə Polşada ən yaxşı elmi-tədqiqat mərkəzlərinə verilən nüfuzlu “A+” kattteqoriyası ilə mükafatlanmışdır. “Bu Elitan, ölkədə və dünyada Polşa elminin vizit kartıdır.”

SWPS HR Excellence in Research (Araşdırmalarda Mükəmməllik) loqosunu (loqotip) istifadə etmə hüququ olan təhsil müəssisilərinin elit qrupuna daxildir. Avropa Komissiyası bunu elm  sahəsində çalışanlar üçün ən yaxşı iş səraiti - onların işə götürülməsində görünən proses, sabit iş yeri, karyera inkişafı imkanı, tədqiqatda əsas və maliyyə yardımını  təmin edən təhsil müəssisələrinin fərqləndiricisi kimi tanıyır.

İctimai Psixologiya Universiteti tələbələrə Polşa və xaricdə beynəlxalq mühitdə iş təcrübəsi qazanma imkanı verir. Ali təhsil müəssisəsi müxtəlif ölkələrin universitetləri ilə əməkdaşlıq edir və xaricdə ən yaxşı yerlərdə təcrübə keçməyə, həmçinin ümumi diplom əldə etməyə imkan verir.

Universitet Erasmus+, Atlantis və Excellence in Mobility (Mobillikdə Mükəmməllik) kimi beynəlxalq proqramlarda iştirak edir.

İllik təhsil haqqı: 1565 € - 2165 €
Populyar fakültələr / ixtisaslar:
  • Psixologiya (Magistraturaya bölünmədən - 5 il)
  • Hüquq (Magistraturaya bölünmədən - 5 il)
  • Jurnalistika və KİV
  • Psixologiya (təlim 3 il davam edir)
  • Qrafika
Vrotslav , Polşa

Vrotslavda Bank İşi  Universiteti (Wyzsza Szkola Bankowa we Wroclawiu) 1968-ci ildən fəaliyyət göstərən ən yüksək peşə təhsil müəssisəsidir. Universitetin məqsədi gündəlik biznes təcrübəsində nəzəri bilikləri tətbiq etmək imkanı olan yüksək səviyyəli mütəxəssislərin hazırlanmasıdır. Ali təhsil müəssisəsi  əmək bazarında başlanğıcı asanlaşdırma, dinamik inkişafı stimullaşdırma, həmçinin müasir Polşa iqtisadiyyatının qurulmasında şüurlu iştirak mexanizmlərini işə salmaq üçün tələbələrin bütün intellektual və biznes potensialını nümayiş etdirməyə çalışır. Universitet iş bazarında dəyişiklikləri izləyir və biliklərin əlçatan və effekiv üsulla ötürülməsinə yönəlir. Tədris proqramları işə götürənlərin istəklərinə və yüksək peşəkar elmi kadr potensialının uzun müddətli təcrübəsinə əsaslanır.

İllik təhsil haqqı: 1000 € - 1180 €
Populyar fakültələr / ixtisaslar:
  • İdarəetmə
  • Logistika
  • Biznesdə Hüquq
  • İnformatika
  • Turizm və İstirahət
  • Maliyyə və Mühasibat
  • İngilis Filologiyası
  • Hüquq (Magistraturaya bölünmədən - 5 il)
  • Mikro Biznes
Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!