(012) Göstər
(050) Göstər
Sorğu göndər
Polşa universitetini necə seçməli?
Universitetlər
Krakov, Polşa

Anjey Frıç Modjevski adına Krakov Akademiyası tələbələrinə yüksək təhsil səviyyəsi təklif edən 21-ci əsrin uğurlu təhsil müəssisəsidir. Tədris 17 min tələbənin təhsil aldığı onlarla sahələrdə aparılır. Akademiyada tədris ingilis dilində,  xüsusilə beynəlxalq biznes və beynəlxalq turizm sahəsində doqquz fakültə, 26 istiqamətdə və 62 ixtisas üzrə aparılır.

Akademiya  yalnız Avropa ilə deyil, həmçinin Tayvan və Mərakeş ali təhsil  tərəfdaş müəssisələri ilə əməkdaşlıq edir. Multimedia mühazirə zalları, müasir laboratoriya və emalatxanalar, gözəl professor və müəllimlər, ixtisasların geniş seçimi, maraqlı insanlarla tanışlıq imkanı Akademiyada təhsil illərini unudulmaz edəcək.

İllik təhsil haqqı: 940€ – 1300€
Populyar fakültələr / ixtisaslar:
  • Menecment
  • Beynəlxalq Münasibətlər
  • Hüquq (Magistraturaya bölünmədən - 5 il)
  • Fizioterapiya
  • Kosmetologiya
  • Turizm və İstirahət
  • Tibbi Xilasetmə
  • Tibb Bacısı
  • Filologiya
Krakov, Polşa

1364-cü ildə yaradılmış Yagelon Universiteti artıq 650 ildən çox Krakovun həyatının ayrılmaz hissəsidir. Beynəlxalq arenada Universitetin dəyəri 15-ci  əsrə aiddir, həmin zamanlar tələbə əhalisinin 44% xaricdən gəlirdi. Universitetin, demək olar ki, hər bir fakültəsi Elm və Ali Təhsil Nazirliyinin rəsmi reytinqində ən yüksək – birinci kateqoriya almışdır.Universitetin aspirant və tədqiqatçıları hər il elmi kəşvlər üçün Polşa Elm Fondunun nüfuzlu qrantlarının 10%-i alırlar. Yagelon Universitetinin müəllimləri tez-tez Avropa tədqiqat proqramlarının qrantlarını alırlar. Universitetdə təxminən 46 000 qeydiyyatdan keçmiş tələbə, 3657 akademik müəllim və təxminən 500 professor var. Universitet  ixtisas üzrə peşə təhsili verir. Son bir neçə il ərzində Yagelon Universiteti Polşada ən yaxşı universitetlər reytinqində əsas yer tutur. Universitetin verdiyi dərəcələr bütün dünyada tanınır.

İllik təhsil haqqı: 915€ – 4000€
Populyar fakültələr / ixtisaslar:
  • Beynəlxalq və Siyasi əlaqələr
  • İdarəetmə
  • Mualicə İşi
  • Diş Həkimi (Magistr dərəcəsi - 5 il)
  • Jurnalistika və KİV
  • Biotexnologiya
  • İnformatika
Krakov, Polşa

Krakovda Iqtisadiyyat Universiteti 1925-ci ildə öz ənənələri ilə əsası qoyulmuş  müasir ali təhsil müəssisəsidir. Krakov İqtisadiyyat Universiteti Polşanın ən yaxşı iqtisadiyyat ali təhsil məktəblərindəndir, böyük elmi-tədqiqat və təhsil mərkəzidir. Universitetin xarakterik xüsusiyyəti onun tədris fənnlərinin çoxluğudur.

İqtisadi elmlərdən başqa  sosiologiya, hüquq, tarix, fəlsəfə, kimya, biologiya, fizika, əmtəəşünaslıq, ekologiya kimi elmlər tədris edilir. Tədris zamanı tələbələrin xaricdə təcrübə və praktika keçmə imkanı var. Universitet dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Tələbələrimizin  iki diplom - Krakov İqtisadiyyat Universiteti və Fransız, İspan, Alman və  Ukrayna xarici tərəfdaş universitetlərin diplomlarını alma imkanı vardır. 

İllik təhsil haqqı: 2000€ – 3000€
Populyar fakültələr / ixtisaslar:
  • İqtisadiyyat
  • Beynəlxalq İqtisadi Münasibətlər
  • Beynəlxalq Münasibətlər
  • Tətbiqi informatika
  • Mühasibat və Nəzarət
Krakov, Polşa

Krakov Texniki Universitet 60 ildən artıq uğurla mühəndislər yetişdirir.  Bizim universiteti bitirən məzunların sayı 62 000-dən çoxdur. Məzunları yüksək peşəkarlığına görə həvəslə işə qəbul edənlərin qiymətləndirilməsinə uyğun olaraq 2008-ci ilin mayında Newsweek Poland jurnalı KTU-ni Polşada ən yaxşı universitet kimi qiymətləndirmişdir. 2010-cu ilin oktyabrında bizim üstünlüyümüz “ işəgötürənlər üçün dost universitet” fəxri adı ilə təstiqlənmişdir. Bu, Krakov Texniki Universitetinin bazarın tələblərinə cavab verən cəlbedici yüksək keyfiyyətli fərdi tədris proqramlarının təklif edilməsinin sübutudur. Bizim məzunlar dövlət və özəl şirkətlərdə, milli və beynəlxalq müəssisələrdə, milli və regional dövlət idarəçilik təşkilatlarında, layihə bürolarında, həmçinin universitetlərdə və elmi-tədqiqat institutlarında iş tapırlar.

İllik təhsil haqqı: 2000€ – 3000€
Populyar fakültələr / ixtisaslar:
  • İnformatika
  • Texniki Fizika
  • Nanotexnologiya
  • Biotexnologiya
  • Enerji Mühəndisliyi
  • Nəqliyyat
  • Memarlıq
  • Avtomatlaşdırma və robotexnika
  • Tətbiqi informatika
  • Biyomedikal mühəndislik
Krakov, Polşa

Staşitsa adına Krakov Mədən və Metallurgiya Akademiyası Polşanın ən yaxşı və ən nüfuzlu müasir dövlət ali təhsil müəssisələrindən biridir. Dövlət texniki universitetlərinin reytinqinə görə Akademiya bir çox illər ərzində lider mövqeyini qoruyub saxlayır. Akademiya yüksək beynəlxalq səviyyəsində müasir texnologiyalar sahəsində aparıcı təhsil müəssisəsidir. Akademiyanın məşhurluğu onun gədim və zəngin ənənələrilə izah olunur. 90 ildən çox mövcudluğundan başlayaraq  Akademiya Polşada ən çox tələb olunan peşələr üçün mühəndis ixtisasçılarını hazırlayır.

16 fakültə və 13 xarici təhsil mərkəzlərinin əyani və qiyabi şöbələrində 36 000-ə yaxın tələbə hazırlanır. Tələbələr 51 fənn və 200-dən çox ixtisasdan bilik alır. Müasir texniki ali təhsil məzunlarına daha çox intelektual potensial verir. Dağ-mədən və metallurgiya ilə bağlı əsas fakültələrdən başqa, akademiya telekommunikasiya, avtomatika, robototexnika, yeni materiallar, texniki fizika, tətbiqi riyaziyyat ilə bağlı fakültələrdə təhsil təklif edir.

İllik təhsil haqqı: 2000€ – 4500€
Populyar fakültələr / ixtisaslar:
  • Qazma, Neft və Qaz
  • Geologiya, Geofizika və Ətraf Mühitin Mühafizəsi
  • Mədənçilik və Geoenerji
  • Metalların və Sənaye İnformatikasının Mühəndisliyi
  • Tökmə Sənayesi
  • Əlvan Metallar
Krakov, Polşa

Krakovda Milli Təhsil Komissiyası adına Dövlət Pedaqoji Universiteti Polşada birinci və yeganə pedaqoji universitetdir. O, 68 illik ənənələrə malik olan ən yaxşı ali təhsil müəssisələrindən biridir. Krakov Pedaqoji Universiteti tələbələrə elmin bütün sahələrində - bədii, humanitar, texniki, pedaqoji, sosial və təbii elmlər - ən yeni nailiyyətlər təklif edir.

İllik təhsil haqqı: 1000€
Populyar fakültələr / ixtisaslar:
  • Sənət fakültəsi
  • Alman Filologiyasi
  • İngilis Filologiyası
  • İtalyan Filologiyası
  • Filologiya
  • Beynəlxalq Münasibətlər
  • Qrafika
  • Turizm
  • Bioinformatika
  • Pedaqoqika
  • Xüsusi Pedaqoqika
  • Texniki İnformatika
Krakov, Polşa

Krakov İbtidai Elmlər Akademiyası Polşada ali təhsil müəssisələrindən biridir. Akademiyada bakalavr və  magistr pillələrində təhsil, ixtisası artırma və MBA elit biznes istiqamətində təhsil almaq mümkündür. Bundan başqa təhsil müəssəsində doktoranturada da təhsil almaq olar. Akademiyada 500-dən artıq alim çalışır. Onların arasında elm dünyasında məşhur fəxri professorlar, məşhur Polşa və xarici ali təhsil müəssisələrinin elmi-pedaqoji kadrları var.

İctimai Elmlər Akademiyası istəklərini  gələcək iş maraqları ilə birləşdirmək istəyən insanlara yönlənmiş ali təhsil müəssisəsidir. İEA – nın ali məqsədi tələbələrə təhsillərini bitirdikdən sonra maraqlı iş təklifi edən şirkətlərin böyük sayi ilə əməkdaşlıqdır.

İllik təhsil haqqı: 580 € - 990 €
Populyar fakültələr / ixtisaslar:
  • İdarəetmə
  • İngilis Filologiyası
  • Logistika
  • İnformatika
  • Qrafik Reklam Dizaynı
Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!