(012) Göstər
(050) Göstər
Sorğu göndər
Polşa universitetini necə seçməli?
Universitetlər
Poznan, Polşa

Adam Mitskeviç adına Universiteti Poznan  şəhərində dövlət ali təhsil müəssisəsidir. Universitet 1919-cu ildə yaradılmışdır.

Universitetin struktur bölmələrinə dilçilik Kollegiyası, Tərcümə və linqvistika məktəbi, kitabxana, müvafiq elmi nəşriyyat və arxiv, idarəçilik şöbəsi, botanika bağı və s. daxildir. Gələcək tələbənin seçiminə bakalavr, magistr, doktorantura proqramları təhsilində15 bölmə, 200-ə  yaxın ixtisas təklif olunur. Bundan başqa onlar diplomdan sonra təhsil və dil kursları seçə bilərlər. Adam Mitskeviç adına  Universitetdə təhsilin üstünlüyü yüksək ixtisaslı müəllim kollektivi, multimədəniyyətli mühit, Polşada “ tələbələr şəhəri”adlanan gözəl şəhər, təhsili bitirdikdən sonra əla peşə perspektivləri, kampusların rahat yerləşməsi, çox saylı aktual istiqamət və ixtisaslaşma, elmi tədqiqatların keçirilməsi imkanı və başqa tələbəlik illərini unudulmaz və parlaq edən anlardan ibarətdir.

İllik təhsil haqqı: 2500 € - 3000 €
Populyar fakültələr / ixtisaslar:
  • İngilis Filologiyası
  • Hüquq və İdarəetmə
  • Siyasət Elmləri
  • Neofilologiya
  • Riyaziyyat və İnformatika
  • Polonistics
  • Fizika
  • Kimya
  • Biologiya
  • Coğrafiya
Poznan, Polşa

Poznanda Logistika Universiteti, Polşada birinci logistika üzrə ali təhsil müəssisəsi, 2001-ci ildə yaranmışdır. Ali təhsil müəssisənin məqsədi tədrisin yüksək keyfiyyəti və praktiki təcrübəsidir.

Logistika Universitetinin tələbələri ixtisas üzrə təhsillə, logistika sahəsində işə praktiki hazırlıqla bağlı bütün üstünlükləri əldə edirlər. 

İllik təhsil haqqı: 855€ - 965 €
Populyar fakültələr / ixtisaslar:
  • Logistika
  • İdarəetmə
Poznan, Polşa

Poznan Dövlət İqtisadi Universiteti Polşada ən qədim və ən nüfuzlu universitetlərdən biridir. Bu biznes liderlərinin, yüksək ixtisaslı  idarəçi kadrlarının və dövlət idarəçiliyi müəssisələrinin işçilərinin yetişdirilməsində ixtisaslaşan, 13 minlik elmi-tədqiqat mərkəzidir.

Təhsil müəssisəsi dünya səviyyəli təhsil proqramları təklif edir. Beynəlxalq iqtisadiyyat, informatika və elektron iqtisadiyyat, əmtəəşünaslıq və idarəçilik fakültələrində 60-dan çox istisas almaq olar.

İllik təhsil haqqı: 1930 € - 2505 €
Populyar fakültələr / ixtisaslar:
  • Maliyyə və Mühasibat
  • Beynəlxalq İqtisadi Münasibətlər
  • Kompüter Elmləri və İqtisadiyyat
  • İdarəetmə
  • İqtisadiyyat
  • Əmtəəşünaslıq
  • Məkan İqtisadiyyatı
  • Turizm İqtisadiyyatı
  • İqtisadiyyatın Hüquqi Tənzimlənməsi
  • Sosial Siyasət
Poznan, Polşa

Poznanda Otel və Restoran Biznesi Akademiyası, qeyri-dövlət ali təhsil müəssisəsi 1993-cü ildə yaranmışdır. Akademiyanın məqsədi bütün dünyada otel və restoran sahəsində  yüksək ixtisaslı işçilərin  turizm firmalarında, otellərdə və restoranlarda işə hazırlamaqdır. Professor və müəllim heyyətinin yüksək ixtisaslı kadrları yüksək səviyyəli təhsili təmin edir. Ən azı 3 xarici dil öyrənmək imkanı var. Təlim proqramının daima yenilənməsi ən son tendensiya və innovasiyalara müvafiq olan bilikləri təmin edir. Tədris proqramı nəzəri və praktiki hazırlığı nəzərdə tutur. O, təcrübə keçmək üçün Polşa və xaricdə yerlər təqdim edir. Erasmus tələbələrin mübadiləsi proqramı üzrə xaricdə təhsil almaq mümkündür.

Təhsili bitirdikdən sonra geniş işə düzəlmə seçimi var. Tez-tez tələbələrə turizm bürolarında, otellərdə, qastronomiya müəssisələrində, istirahət mərkəzlərində, həmçinin ictimai təşkilat və idarələrdə turizm və istirahətlə bağlı vəzifələrdə iş təklif olunur.

Akademiyanın məzunları həm nəzəri, həm də praktiki bilik sahəsində mütəxəssisdirlər.

İllik təhsil haqqı: 2000 €
Populyar fakültələr / ixtisaslar:
  • Otel Biznesi və İctimai Qidalanma
  • Turist axınının təşkili və idarə olunması
  • Turizm və İstirahət
Poznan, Polşa

İctimai Psixologiya Universitetinin filialı Poznanda 2010-ci  ildə açılmışdır. Universitet Excellence in Research HR loqotipi istifadə hüququna malik olan təhsi müəssisələrinin elit qrupuna daxildir. Bu Sertifikat Avropa Tədqiqatçıları Kartının və Elmi Fəaliyyət İşçilərinin işə qəbul davranış normalarının tələblərinin yerinə yetirilməsini təsdiqləyir.

Filialın açılma anından etibarən prosesin başlanğıcının müasir yanaşmasına xüsusi diqqət yetirilir. Müəllimlər tədrisin həm nəzəri, həm də praktiki tərəfinə böyük diqqət yetirir. Tədris istiqamətləri tələbələr arasında çox populyardır, proqramlar isə Polşa Ali Təhsil və Elm Nazirliyi tərəfindən müntəzəm olaraq mükafatlandırılır. Dizayn məktəbi School of Form Universitetin bir hissəsidir. O, gələcək tələbələri dizayner sahələrinin böyük seçimi ilə cəlb edir.

İllik təhsil haqqı: 1830 € - 3565 €
Populyar fakültələr / ixtisaslar:
  • Hüquq (Magistraturaya bölünmədən - 5 il)
  • Psixologiya (Magistraturaya bölünmədən - 5 il)
  • Psixologiya (təlim 3 il davam edir)
  • Dizayn
Poznan, Polşa

Poznanda Bank İşi Universiteti hazırlığın biznes istiqamətlərində tədris xidmətləri təklif edən 20 illik təcrübəsi olan ali təhsil müəssisəsidir. Universitetin vəzifəsi tələbə və məzunların peşə karyerasının inkişafında tərəfdaşlıqdır. Universitet hazırlığın 9 istiqamətində tədris xidmətləri və təhsil dərəcələri (bakalavr və mühəndis), magistr dərəcəsi, aspirantura dərəcəsi təhsili (idarəçilik, ekologiya, maliyyə və mühasibat, marketinq, informasiya texnologiyaları, daşınmaz əmlak, pedaqogika, mühasibat, idarəetmə), MBA təhsili, həmçinin Executive MBA, təlimlər, dil kursları, master klasslar təşkil edir.

İllik təhsil haqqı: 975 € - 1265 €
Populyar fakültələr / ixtisaslar:
  • Biznesdə Hüquq
  • Beynəlxalq Ticarət
  • İdarəetmə psixologiyası
  • Turizm və İstirahət
  • Maliyyə və Mühasibat
  • Administrasiya
  • İdarəetmə
  • Logistika
  • İnformatika
  • Mühəndislik Idarəçiliyi
Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!