(012) Göstər
(050) Göstər
Sorğu göndər

QƏBUL QAYDALARI

OsvitaPol ilə Polşa universitetlərinə qəbul sığortalı, rahat və sadə olmuşdur!

CƏMİ 3 ADDIM!

QƏBUL ADDIM ADDIM
KİM QƏBUL OLUNA BİLƏR?

Aşağıdakı sənədləri olan hər bir kəs OsvitaPol proqramına qoşularaq, Polşa universitetlərinə qəbul oluna bilər:

  • Attestat;
  • Bakalavr diplomu;
  • Mütəxəssis diplomu;
  • Mühəndis diplomu;
  • Magistr diplomu
QƏBUL ÜÇÜN SƏNƏDLƏR NƏ VAXT VERİLİR?

Polşada təhsilin məşhurluğunu, həmcinin, hər il daxil olanların artan miqdarını nəzərə alaraq OsvitaPol Proqramının iştirakçıları üçün qəbul ərizəsini seçilmiş Polşa universitetlərinə hər ilin sentyabrın birindən göndərmək imkanı verir. Bunun sayəsində abituriyent əmin ola bilər ki, onun üçün təhsil müəssisəsində onu maraqlandıran fakultədə yer ayrılacaq və hətta onun qəbul prosesinə lazımi hazırlaşma vaxtı olacaq.

Nə üçün sənədlərii qabaqcadan verməyə dəyər (nə üçün sənədləri qabaqcadan vermək lazımdır)?

2017-ci ilin qəbul kompaniyası zamanı bəzi universitetlər daha məşhur ixtisaslara aprel ayında xaricilər üçün limiti bağlamışdır. Təhsil zamanı yaşayış yeri seçimi üçün sənədlərin verilmə növbəsi də çox vacibdir. Əgər siz Polşada təhsil almağı ciddi qərara almısınızsa, o halda qərarınızı gecikdirməyin, çünkü hər gün yüzlərlə xarici Polşa universitetlərinə qəbul ərizələri verir.

Qəbul üçün tələb olunan sənədlər

А) Sənədlərin bir hissəsi

Əgər siz buraxılış sinfində oxuyursunuzsa və bu vaxta kimi təhsil sənədlərinin əslini almamısınızsa, sizə seçilmiş Polşa universitetinə əvvəlcədən qəbul ərizəsi üçün aşağıdakı sənədlər lazımdır:

  • abituriyentin şəxsiyyət vəsiqəsi (xarici pasport, olduqda);
  • abituriyentin doğum haqqında şəhadətnaməsi;
  • valideynlərin şəxsiyyət vəsiqələrinin surəti (həddi buluğa çatmayanlar üçün);
  • 8 ədəd rəngli şəkil (3.5 x 4.5, üzü saç ilə ortülü olmamalı);
  • 10-cu sinif tabelinin surəti (məktəblilər üçün).
Çatışmayan sənədləri hazır olduqdan sonra təqdim edə bilərsiniz. Onların siyahısı “Tam paket” dədir..

B) Sənədlərin tam paketi

  • attestat və tam orta təhsili bitirmək haqqında əlavə;
  • bakalavr/mütəxəssis/magistr əsasında magistratura fakultəsinə qəbul üçün aşağıdakı sənədlər təqdim olunur: attestat və əlavə, diplom və əlavə;
  • 086-0 formalı tibbi arayış (ali məktəb üçün nəzərdə tutulmuş standart tibbi yoxlama) təqdim etmə gününə kimi 3 aydan gec olmarayaq verilməlidir;
  • 8 ədəd rəngli şəkil (3.5 x 4.5 sm,üzü saç ilə örtülü olmamalı);
  • şəxsiyyət vəsiqəsinin əsas vərəqlərinin və xarici pasportunun birinci səhifəsinin surəti (xarici pasportun olmadığı halda, onsuz da təqdim etmək münkündür);
  • həddi buluğa çatmamış abituriyentlər doğum haqqında şəhadətnamənin surətini və valideynlərinin şəxsiyyət vəsiqəsinin birinci səhifəsinin surətini təqdim etməlidir.

Diqqət! Bəzi universitetlər və ixtisaslarda sənədlərin təqdimatında əlavə tələblər ola bilər.

SƏNƏDLƏRİ NECƏ TƏQDİM ETMƏLİ?

OsvitaPol ofisində sənədlərin təqdim edilməsi

  • Birinci addım. Aşağıdakı telefonlarla zəng edərək sənədlərin verilmə tarixini razılaşdırmaq lazımdır: (+99450) 444 90 09, (+99412) 409 70 07;
  • İkinci addım. Təyin olunan gün OsvitaPol ofisinə sənədlər toplusu ilə gəlmək, Proqramda iştirak haqqında müqavilə baqlamaq və Proqramın xidmətlərinin birinci hissəsinin haqqını ödəmək lazımdır.

Sənədlərin ofisə gəlmədən “onlayn” təqdim edilməsi

OsvitaPol sizin rahatlığınız üçün Polşa universitetlərinə vaxt, maliyyə və güc sərf etmədən qəbul olunma imkanı yaratmışdır. "OsvitaPol"un saytında qeydiyyatdan keçib müvafiq sənədlərin surətini yükləmək kifayətdir. Sənədlərin onlayn təqdim edilməsi proseduru sadə, rahat və etibarlıdır.

UNİVERSİTETƏ QƏBUL NECƏ KEÇİRİLİR

Sənədlərin qəbulundan sonra OsvitaPol abituriyentin Polşa ali məktəbinə qəbul prosesinə başlayır. Əksər özəl universitetlərə qəbul olunma prosesində tələbənin polyak dilinin bilməsi tələb olunmur. Qəbul imtahanları yoxdur, UPE-nin nəticələri nəzərə alınmır. Yalnız təhsil sənədləri qiymətləndirilir: attestat, diplom, köçürülmə prosesində isə tələbənin tədris kartı olmalıdır.

Bəzi universitetlər və ixtisaslar üzrə qəbul zamanı əlavə tələblər (ixtisasa uyğun testlər, imtahanlar, dil sertifikatları, layihələrin təqdimatı və s.) ola bilər. Bu hallarda OsvitaPol bu barədə sizi məlumatlandıracaq.

Sənədlərin bir hissəsinin təqdim edilməsindən sonra siz 20 gün ərzində qəbul ərizəsinin qəbulu haqqında rəsmi təsdiqinizi alacaqsınız. Qəbul Sənədlərinin tam paketinin təqdim edilməsində bir neçə həftə ərzində abituriyent onun seçilmiş Polşa universitetinə qəbul olması haqqında rəsmi “Sənəd – Qərar” alır.
TƏHSİL YERİNƏ GƏLMƏ

Polşaya gəlmə təhsil ilinin əvvəlindən baş verir.Gəlmə ilə bağlı təşkilati məsələlərlə OsvitaPol məşğul olur. Səyahət Proqram nümayəndələri və tələbələrin valideynləri və yaxınlarının (arzulanan halda) müşayətilə keçirilir.

Tələbələr Polşaya gəldikdə tələbə şəhərciklərində yerləşdirilir. Yerləşdirildikdən sonra supermarket, valyuta mübadilə şöbəsi, şəhərə ekskursiya və s. tanışlıq proqramı keçirilir. Növbəti gün OsvitaPol nümayəndələri ilə tanışlığa və Polşada təhsil və yaşayışa aid vacib məsələlər müzakirə olunan görüşlər keçirilir.

İclasdan sonra tələbələr OsvitaPol qəyyumlarının müşayətilə yaşayış yerindən universitetə marşrutlarla, ictimai nəqliyyatda səyahət qaydaları ilə, universitetlərlə, auditoriyalarla, zallarla tanış olur. Tələbələr tədris proqramı ilə tanış olur, həmçinin tələbə sənədlərinin, tələbə bileti, indeks,tələbə kartı və s. alınması ilə bağlı formallıqları keçir.

Polşada adaptasİya proqramı və İntensİv polyak dİlİ kursları

Polşada ali təhsil almaq arzusunda olan OsvitaPol proqramı iştirakçıları üçün bir qayda olaraq, dilin bilməməsi əksər universitetlərinin qəbuluna təsir etmir, lakin təhsildən əvvəl, xüsusən, başlanğıc mərhələdə tədris prosesini və xarici mühitdə adaptasiya müddətini asanlaşdırmaq üçün dilin müvafiq səviyyəsini mənimsəmək vacibdir. OsvitaPol Proqramı öz iştirakçıları üçün onların özlərini yeni mühitdə daha rahat və əmin hiss etmək, qısa bir müddətdə abituriyenti yeni tədris ilinə hazırlamaq, həm də yeni ölkədə adaptasiyaya kömək məqsədilə polyak dilini yüksək, keyfiyyətli səviyyədə öyrənmə imkanını yaratmışdır.

Tədrisin yüksək səviyyə, keyfiyyət və səmərəliyinə zəmanət vermək üçün biz tədris prosesinə böyük müəllimlik təcrübəsi olan yüksək ixtisaslı polyak filoloqlarını cəlb etmişik. Öz növbəmizdə biz dil kurslarının qiymətinin maksimal aşağı olması üçün çox səy göstərmişik.

Dərslər tədris ilinə 4 və 8 həftə qalmış başlayır.

Kurslar Varşavada İctimai Elmlər Akademiyasında keçirilir.

  • 4 həftəlik kurs, 3-25 sentyabr 2019-cu ildə başlayır.
    Dərslərin gündəlik müddəti - 4 saat.
    Ümumi saat miqdarı – 80.
    Kursun qiyməti (yaşayış daxil olmamaqla) - 195 avro.
    Kurslara qeydiyyatın son tarixi - 20 avqust 2019-cu ildir.
  • 8 həftəlik kurs,7 avqust - 25 sentyabr 2019-cu ildə başlayır.
    Dərslər bazar ertəsi – şənbə keçirilir.
    Dərslərin gündəlik müddəti – 4 saat.
    Ümumi saat miqdarı – 160.
    Kursun qiyməti (yaşayış daxil olmamaqla) – 350 avro.
    Kurslara qeydiyyatın son tarixi – 20 iyul 2019-cu il..

Kurslar üç səviyyədə keçirilir.

  • Elementar səviyyə polyak dilini əlifbadan öyrənməyə başlayan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslər rus dilini bilən polyak filoloqu tərəfindən aparılır.
  • Orta səviyyə müəyyən dil səviyyəsinə çatmış tələbələr üçündür. Dərslər yalnız polyak dilində aparılır.
  • Orta səviyyədən yüksək səviyyəyə kimi dərslər yalnız polyak dilində aparılır.

Bir qrupda tələbələrin sayı 12-dən çox olmamalıdır.

 

TƏQAÜD PROQRAMLARI

OsvitaPol proqramı ilə Polşada təhsil real, rahat və zəmanətli olur!

Most Popular

SUALINIZ VAR?

GERİ DÖNÜŞ ÜÇÜN BİLDİRİŞ FORMUNU DOLDURUN VƏ SORĞU GÖNDƏRİN! BİZ ÇOX BÖYÜK MƏMNUNİYYƏTLƏ SUALLARINIZI CAVABLANDIRACAĞIQ!